Dəmir qazan (film, 2017)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dəmir qazan
Dəmir qazan
Janr komediya
absurd
Rejissor Kənan MM
Prodüser Rafael Bağıroğlu
Ssenari müəllifləri Ruslan Hüseynov
Elsevər Mehdizadə
Azər Səlimli
Baş rollarda Pərvin Abıyeva
Elsevər Mehdizadə
Nofəl Şahlaroğlu
Vüsal Hacı Qədir
Alamdar Manafov
Operator Emin Hüseynov
Rəssam Aygün Mahmudova
İstehsalçı Azəri Prodakşn
Kanal Azad Azərbaycan TV
İlk baxış tarixi 7 dekabr 2017, Nizami Kino Mərkəzi, Azərbaycan Azərbaycan
Filmin növü tammetrajlı bədii film
Müddət 80 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2017
Rəng rəngli

Dəmir qazan filmi rejissor Kənan MM tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanda çəkilən ilk absurd komediyadır.[1] Film Azəri Prodakşnda istehsal edilmişdir. Əsas rolları Pərvin Abıyeva, Elsevər Mehdizadə, Nofəl Şahlaroğlu, Vüsal Hacı Qədir ifa edirlər.[2]

Məzmun

Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar.[3]

Filmin üzərində işləyənlər

Rejissor: Kənan MM
Ssenarist: Ruslan Hüseynov, Elsevər Mehdizadə, Azər Səlimli
Operator: Emin Hüseynov
Prodüser: Rafael Bağıroğlu
Rəssam: Aygün Mahmudova

Rollarda

Pərvin Abıyeva — Leytenant Sevda Abıyeva
Elsevər Mehdizadə — Qazan
Nofəl Şahlaroğlu — Dəmir
Vüsal Hacı Qədir — Mətləb
Nərgiz Əliyeva — Qırqovul
Mətləb Səfərli — rəis Cahangirov
Rauf Şahsuvarov — Mətləbin adamı
Ramin Şıxəliyev — Qalxan
Nadir Məmmədov — polis
Həsrət Həsrətov — Leytenant Şərbətov
Azər Səlimli — Mətləbin adamı
Cavanşir Məhərrəmov — Mətləbin adamı
Kənan MM — Sevdanın sevgilisi
Rafael Bağıroğlu — Taksi
Elməddin Novruzov — Mətləbin adamı
Sonaxanım Əliyeva — Qaçış verən qız

İstinadlar

  1. "Kənan MM: İndi deyə bilərəm ki, Azərbaycanda ilk absurd komediyanı mən çəkmişəm". 2018-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  2. "Dəmir Qazan filmi kinoteatrlarda". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  3. "Kənanın "Dəmir Qazan"ı bitdi". 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2017-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər