Ramin Şıxəliyev

Ramin Tofiq oğlu Şıxəliyev Azərbaycan aktyoru.

Ramin Şıxəliyev
Ramin Tofiq oğlu Şıxəliyev
Doğum tarixi (44 yaş)
Doğum yeri Kələxan, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1998-indiyədək
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 1997-ci ildə Kələxan kənd orta məktəbini və Lerik rayon yeddiillik incəsənət məktəbini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakultəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin sənətşünaslıq fakultəsinin teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təhsil illərindən "İlham" Miniatür Teatrına dəvət almış və beş il o teatrda aktyor vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2012-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Teatr tamaşalarındakı rolları[redaktə | mənbəni redaktə et]

“İlham” Miniatür Teatrı (1998-2003)

  1. Əyyaş (“Dünyanın axırı” R.Əlizadə)
  2. Satıcı (“Şifonerdə eşq məhəbbət” C. Aslanoğlu)
  3. Balabəy (“Qulaq”)
  4. Qurd (“Qurd və Quzu” R. Səməndər)
  5. Montyor (“Müasir toy” Miryusif)

Bakı Bələdiyyə Teatrı (2003-2012)

  1. Cəlal (“Ölülər” C. Məmmədquluzadə)
  2. Fərraş (“Nadir şah” N.Nərimanov)
  3. Xasməmməd (“Dönüş” C.Cabbarlı)
  4. Cəbhəçi (“Oğul” A. Babayev)
  5. Poçtalyon (“Domokl Qılıncı” N. Hikmət)
  6. Silvestr (“Skapenin kələkləri” J.B.Molyer)
  7. Qulaməli (“Müsyo Jordan dərviş Məstəli şah” M.F.Axundzadə)
  8. Sahə müvəkkili (“Daşa dönmüş ürəklər” X.Əlimirzəyev)
  9. Qazı köməkçisi (“Bəylik dərsi” M.Süleymanlı)
  10. Arslan ağa (“Əli və Nino” Q.Səid)
  11. Ağa Bəşir (“Müraviyyə vəkilləri” M.F.Axundzadə)
  12. Əvəz Əvəzov (“Qaravəlli” Anar)
  13. Xoren (“Türk sancağı” A.Qurbani)

Akademik Milli Dram Teatrı (2012-ci ildən)

  1. Ərizəçi (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, Mirzə Fətəli Axundzadə)
  2. Sakin (“Qatarın altına atılan qadın ”, Afaq Məsud)
  3. İgid (“Qanlı Nigar”, Sadıq Şəndil)
  4. Qonsalonun qohumu (“Don Juan və Həndəsə” Maks Friş)
  5. I Kor (“Yaşlı xanımın gəlişi”, Fridrix Dürenmatt)
  6. Fəhlə (“Oliqarx”, Əfqan)
  7. Tək göz (“Kuraj və uşaqları”, Bertold Brext)
  8. Hüseyn Şahid (“Anamın kitabı”, Cəlil Məmmədquluzadə)
  9. Qulluqçu, Siçan bəy (“Danışan gəlincik”, Abdulla Şaiq),
  10. Fərari ("Generalın son əmri", Vaqif Səmədoğlu)
  11. Arturo ("Silindr", Eduardo de Filippo)
  12. Quldurbaşı ("Əlibaba və qırx quldur")
  13. Məhəmməd Hüseyn xan ("Nadir şah")
  14. Yaşlı kişi ("21:15 qatarı")
  15. Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə)
  16. Pyotr İvanoviç Bobçinski ("Müfəttiş", Nikolay Qoqol)
  17. Qonşu ("Cəhənnəm sakinləri", Elçin)
  18. Timur ("Vəsiyyət", Hüseynbala Mirələmov)
  19. Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Biz qayıdacağıq (film, 2007)(tammetrajlı bədii film)(rol: erməni)
  2. Cavid ömrü (film, 2007)(tammetrajlı bədii film)(rol: gənc bolşevik)
  3. Seçilən (film, 2008)(tammetrajlı bədii film)(rol: növbətçi polis nəfəri)
  4. Qanadlarıma sığal çək (film, 2008)(qısametrajlı bədii film)
  5. Qovğalı kəndinin gecələri (film, 2008)(qısametrajlı bədii televiziya filmi)(rol: Xasməmmədin oğlu)
  6. Oyunçu (film, 2008)(bədii serial)
  7. Cavad xan (film, 2009)(tammetrajlı bədii film)(rol: erməni)
  8. Bizim "JEK" (film, 2010)(bədii serial)
  9. Susmuş vicdan (film, 2010)(bədii serial)
  10. Mürafiə vəkillərinin hekayəti (film, 2011)(televiziya tamaşası)(rol: fərraş)
  11. Dolu (film, 2012)(tammetrajlı bədii film)(rol: Musanın qardaşı)
  12. Sübhün səfiri (film, 2012)(tammetrajlı bədii film)(rol: Kərəməli)
  13. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Sədi)
  14. Qız yükü (film, 2013-2014) (bədii serial)
  15. 5+ (film, 2014-2015) (bədii serial) (rol: məşqçi)
  16. Dələduzlar (film, 2014) (tammetrajlı bədii televiziya filmi)(rol: Xosu)
  17. Dmitrov küçəsi 86 (film, 2015)(qısametrajlı bədii film)(rol: polis serjantı)
  18. Fədakar (film, 2015)(tammetrajlı bədii-sənədli film)(rol: balıqçı)
  19. Dəfnə ağacı (teleserial, 2016)(bədii serial)(rol: Fariz)
  20. Gizlənpaç (film, 2016)(tammetrajlı bədii film)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]