Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor.[3]
Kənan MM | |
---|---|
Kənan Mahmudov | |
Doğum adı | Kənan Mahmudov |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Aygün Şükürova[1] |
Uşaqları |
Hüseyn Mahmudov Fatimə Mahmudova Zeynəb Mahmudova[2] |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 2013–h.h. |
IMDb | ID4802948 |
Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub.[1] 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.
Kənan Mahmudov taekvondo ilə məşğul olub. Sonralar kikboksinq ilə məşğul olub. Boş vaxtlarında idmanla məşğul olmağı, basketbol, futbol oynamağı sevir. Şair kimi fəaliyyəti var. 15 yaşına kimi fəal futbolla məşğul olub. Komandanın qapıçısı olmuşdur.[4] Kikboksdan illər əvvəl sol dizindən aldığı zədə nəticəsində əməliyyat olunub.[5]
25 avqust 2008-ci ildə gənc müğənni Aygün Şükürova ilə ailə həyatı qurub.[1] Bu cütlüyün Hüseyn, Fatimə, Zeynəb adlı övladları var.[2]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |