Dazayfu məbədi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şintoizm
Dazayfu məbədi
太宰府天満宮
Honden.
Honden.
Din
İlahi gücü Tencin
Mərasimləri Usokae (7 yanvar)
Onisube (7 yanvar)
Festivalları 25 sentyabr
Yerləşməsi
Ölkə
Prefektura  Fukuoka prefekturası
Şəhər Dazayfu
Dazayfu məbədi xəritədə
Dazayfu məbədi
Dazayfu məbədi
dazaifutenmangu.or.jp
Şintoizm terminologiyası

Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu?)Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir.[1]

Tarixi

Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır.[1] İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir.[1] Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir.[1] Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır.[1]

Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir.[1]

Tədbirlər

Məbədin illik festivalı 25 sentyabrda keçirilir.[1] Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur.[1] İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.[1] İnanca görə bu yolla uğur gətirən xüsusi uso əldə etmək mümkündür.[1]

Usokae ilə yanaşı 7 yanvar tarixində məbəddə Onisube adlı eksorsizm ritualı keçirilir.[1]

Qalereya

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 79. ISBN 0-87011-622-3. İstifadə tarixi: 23 avqust 2022.