Kodansha Ltd. (株式会社講談社, Kabushiki-gaisha Kōdansha?) — Yaponiyanın ən böyük nəşriyyatı. Nəşriyyatın nəşr etdirdiyi məhsullara "Nakayoshi", "Afternoon", "Evening" və "Weekly Shonen Magazine" kimi manqa jurnalları, "Gunzo", və "Shūkan Gendai" kimi ədəbi jurnallar və yapon lüğəti "Nihongo Daijiten" aiddir. Nəşriyyatın baş qərargahı Tokio şəhərinin Bunkö xüsusi rayonunda yerləşir.[1] Yarandığı gündən bu günə qədər şirkəti Noma ailəsi idarə edir.
Kodansha | |
---|---|
Kodansha Ltd. yap. 株式会社講談社 | |
Ölkə | Yaponiya |
Status | aktiv |
Yaranma tarixi |
noyabr 1909 1911 (Dai-Nippon Yubenkai ilə birləşmə) 1 dekabr 1938 (rəsmi) |
Qurucu | Seidzi Noma |
Qərargah | Bunkö, Tokio |
Əsas insanlar | Yosinobu Noma (prezident) |
Nəşrlər | kitab, jurnal, manqa, DVD və CD |
İşçi sayı | 939 (aprel 2011) |
Sayt | kodansha.co.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Kodansha 1909-cu ilin dekabrında Seidzi Noma tərəfindən Dai-Nippon Yūbenkainin (Böyük Yaponiya Natiqlik Cəmiyyəti) spin-offu kimi qurulmuşdur. Nəşriyyatın ilk nəşr etdirdiyi jurnal "Yuben" adlanırdı. Kodansha adı (nəşriyyatın hal-hazırda nəşr etmədiyi "Koda Club" jurnalından götürülüb) ilk dəfə Dai-Nippon Yubenkai ilə birləşdiyi 1911-ci ildə istifadə olunmuşdur. Nəşriyyat bu adı rəsmi olaraq 1958-ci ildə seçmişdir. Nəşriyyat "Omoshirokute tame ni naru" (面白くて、ためになる, Maraqlı və faydalı olmaq?) şüarından istifadə edir.
Kodansha Otawa Group-a sahibdir. King Records səsyazma studiyası və "Nikkan Gendai" bulvar qəzetini nəşr edən Kabunsya nəşriyyatı da Kodanshanın tərkib hissəsidir. Kodansha həmçinin The Walt Disney Company ilə yaxın münasibətlərə malikdir, Tokio disneylendinin rəsmi sponsorudur.
Kodansha Yaponiyada ən böyük nəşriyyatdır. 2002-ci ildə Yaponiyadakı iqtisadi tənəzzülə görə Kodansha da böyük zərər görmüşdür. Nəşriyyat nəşriyyat sənayesində geriləmişdir. Bu, Kodansha nəşriyyatının İkinci dünya müharibəsindən sonra ilk belə tənəzzülü idi. Yaponiyanın ikinci ən böyük nəşriyyatı Shogakukan isə nisbətən daha az zərər etmişdir. 2003 maliyyə ilində Kodanshanın gəliri 167 milyon ¥, Shogakukanın gəliri isə 150 milyon ¥ idi, halbuki Kodansha ən yaxşı dövründə Shogakukan nəşriyyatından 50 milyon ¥ qabaqda idi.
Kodansha tərəfindən 1977-ci ildən nüfuzlu Kodansha Manqa Mükafatı verilir (1960–1977-ci illərdə bu mükafat müxtəlif adlarla verilmişdir).
Kodanshanın Tokioda yerləşən baş qərargahında 1925-ci ildə Seidzi Noma tərəfindən əsası qoyulmuş kendo məşq zalı — Noma dodzo yerləşir. Bu zal 2007-ci ilin noyabrında uçurulmuşdur, lakin yaxınlıqdakı binada yeni zal istifadəyə verilmişdir.
2011-ci ilin aprelinin sonunda şirkət ingilis dilli nəşriyyat evi olan Kodansha International ilə yaxınlaşdığını açıqlamışdır.[2] Kodanshanın ABŞ-də da filialı mövcuddur və Kodansha Comics USA adlanır.
Kodansha USA Kentaro Tsuquminin başçılığı altında yeni manqalar nəşr etməyə başlamışdır. 2012-ci ilin sentyabrında "The Spirit of Aikido" adlı manqa nəşr etmişdir.[3] Kodansha USA-nın bir çox keçmiş manqası yenidən çapdan çıxmışdır.
Kodansha 2016-cı ildə Ichijinsha nəşriyyatını satın almışdır.[4]
Kodansha nəşriyyatı Yaponiyadakı müxtəlif yayım kompaniyaları əlaqə saxlayır. Nəşriyyat Kabunsya ilə Nippon Cultural Broadcasting ilə əməkdaşlıq edir. 2005-ci ildə Nippon Broadcasting System-ə görə Fuji TV ilə Livedoor arasında gedən rəqabətdə Kodansha Fuji TV-ni dəstəkləmişdir.
Kodansha Yaponiya ictimai televiziyası olan Nippon Hoso Kyokai (NHK) ilə əməkdaşlıq edir.[5] Kodansha tərəfindən nəşr olunmuş manqaların çoxu haqqında animelər hazırlanmışdır.
Aşağıda 2012-ci ilin məlumatına görə Kodanshanın nəşr etdiyi manqa jurnallarının siyahısı verilmişdir.[7]
Jurnal | Auditoriya | İl(lər) | Fəaliyyət | Dövrilik |
---|---|---|---|---|
Shonen Magazine Wonder | Şonen | fəaliyyətsiz | ||
Monthly Manga Shonen | Şonen | 1947–1955 | fəaliyyətsiz | |
Weekly Shonen Magazine | Şonen | 1959 | fəaliyyətdə | |
Bessatsu Shonen Magazine | Şonen | 1964–1974 | fəaliyyətsiz | |
Monthly Shonen Magazine | Şonen | 1975 | fəaliyyətdə | |
Weekly Young Magazine | Seynen | 1981 | fəaliyyətdə | |
Monthly Young Magazine | Seynen | fəaliyyətdə | ||
Comic Bom Bom | Kodomo | 1981–2007 | fəaliyyətsiz | |
Weekly Morning | Seynen | 1982 | fəaliyyətdə | həftəlik |
Magazine Special | Şonen | 1983 | fəaliyyətdə | aylıq |
Monthly Afternoon | Seynen | 1986 | fəaliyyətdə | aylıq |
Young Magazine Uppers | Seynen | 1998–2004 | fəaliyyətdə | |
Monthly Magazine Z | Seynen | 1999–2009 | fəaliyyətsiz | aylıq |
Evening | Seynen | 2001 | fəaliyyətdə | iki həftəlik |
Monthly Shonen Sirius | Şonen | 2005 | fəaliyyətdə | aylıq |
Morning 2 | Seynen | 2006 | fəaliyyətdə | aylıq |
Monthly Shōnen Rival | Şonen | 2008–2014 | fəaliyyətsiz | |
Good! Afternoon | Seynen | 2008 | fəaliyyətdə | iki aylıq |
Bessatsu Shonen Magazine | Şonen | 2009 | fəaliyyətdə | aylıq |
Jurnal | Auditoriya | İl(lər) | Fəaliyyət | Dövrilik |
---|---|---|---|---|
Nakayoshi | Şoco | 1954 | fəaliyyətdə | aylıq |
Shojo Club | Şoco | fəaliyyətsiz | ||
Shojo Friend | Şoco | 1962–1996 | fəaliyyətsiz | |
Bessatsu Friend | Şoco | 1965 | fəaliyyətdə | aylıq |
Betsufure | Şoco | fəaliyyətdə | rüblük | |
Mimi | Şoco | 1975–1996 | fəaliyyətsiz | |
Be Love | Dzösey | 1980 | fəaliyyətdə | iki həftəlik |
Kiss | Dzösey | 1992 | fəaliyyətdə | iki həftəlik |
Dessert | Şoco | 1996 | fəaliyyətdə | aylıq |
Aria | Şoco | 2010 | fəaliyyətdə | aylıq |
Nakayoshi Lovely | Şoco | fəaliyyətdə | illik 5 say | |
The Dessert | Şoco | fəaliyyətdə | ||
Kiss Plus | Dzösey | fəaliyyətdə | iki aylıq |