Death Ramps

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

"Death Ramps" – İngilis indi-rok qrupu Arctic Monkeys-in təxəllüsü. Onlar Mayls Keyn və şeffildli sənətçi Riçard Houli ilə əməkdaşlıq edərkən bu ləqəbdən istifadə etdilər və beş mahnı buraxdılar.

Death Ramps
22 mart 2012-ci il tarixində Madison Square Garden-də çıxış edən Death Ramps . Soldan sağa: Nick O'Melli, Mett Helders, Aleks Törner, Ceymi Kuk.
22 mart 2012-ci il tarixində Madison Square Garden-də çıxış edən Death Ramps . Soldan sağa: Nick O'Melli, Mett Helders, Aleks Törner, Ceymi Kuk.
Əsas məlumatlar
Üslub indi-rok
post-pank dirçəliş
psixedelik rok
qaraj roku
Fəaliyyət illəri 2007–2014
2018-ci idən
Ölkə Şeffild
Digər adı Arctic Monkeys
Leybl Domino
Heyət Aleks Törner
Ceymi Kuk
Nik O'Melli
Mett Helders
arcticmonkeys.com

2013-cü ildə Another Magazine-ə verdiyi müsahibədə solist Aleks Törner demişdi:

" Biz Şeffilddə böyüyərkən ordakı meşənin kiçik təpələrində BMX-lərimizi sürərdik. Altı yaşlı uşaqlar olanda onlar bizə ölüm rampaları (Death Ramps) kimi görünürdülər – mən həmişə düşünürdüm ki, bu, qrup üçün gözəl bir ad olacaq. Riçard Houli və Mayls Keynlə etdiyimiz əməkdaşlıqda özümüzü Death Ramps adlandırdıq və The Great Frog-un sahibi olan yoldaşım Reino Lehtonen-Rayli bizim üçün bir neçə ədəd üzük hazırladı. Hamımızda var.[1] "

İstinadlar

  1. "Alex Turner | AnOther". anothermag.com. 5 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2013.