Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'Melli və Mett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi.
Arctic Monkeys | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | post-pank rivayvl[d], alternativ rok, indi-rok, psixodelik rok, qaraj roku[d] |
Fəaliyyət illəri | 2002-ci ildən |
Ölkə | Şeffild, İngiltərə |
Digər adı | Death Ramps |
Leybl | Domino, Warner |
Heyət |
Aleks Törner Ceymi Kuk Mett Helders Nik O'Melli |
Keçmiş üzvlər | Endi Nikolson |
arcticmonkeys.com — Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir,[1] onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı.[2] Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər.
Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar.[3] Qrupun 2018-ci ildə buraxdığı altıncı albomu "Tranquility Base Hotel & Casino" onların əvvəlki gitara əsaslı işlərindən fərqli olaraq, daha çox piano yönümlü idi. Albom 2019-cu ildə "Qremmi" Mükafatlarında "Ən Yaxşı Alternativ Musiqi Albomu" nominasiyasını aldı, bu da onu ilk buraxdıqları albomdan sonra ikinci etdi. Onların 2022-ci ildə yayımladığı yeddinci studiya albomu "The Car" Ayvor Novello və Merküri mükafatlarına namizəd göstərildi.
Arctic Monkeys 2022-ci ilə kimi dünya miqyasında 23 milyondan çox albom satmağa nail olub. Qrupun ilk beş albomu İngiltərədə bir nömrə oldu və bu da onları Birləşmiş Krallıqda bunu edən ilk indi-rok qrupu etdi.[4] Qrup yeddi "Brit Mükafatı" qazandı; Üç dəfə "Ən Yaxşı İngilis Qrupu", "İlin Britaniya Albomu", üç dəfə "dubl edən" (yəni hər iki kateqoriyada qalib gələn) ilk qrup oldu; "Whatever People Say I Am, That's What I'm Not" albomuna görə "Merkuri Mükafatı, Ayvor Novello Mükafatı və 20 NME Mükafatı" qazandılar. Bundan əlavə beş "Qremmi" mükafatına namizəd oldular[5] həmçinin 2007, 2013 və 2018-ci illərdə "Merkuri" Mükafatına namizəd göstəriliblər.[6] Həm "Whatever People Say I Am, That's What I'm Not" həm də "AM" NME-nin və Rolling Stone-un müxtəlif nəşrlərində "Bütün Zamanların Ən Yaxşı 500 Albomu" siyahısında yer alıb.
Arctic Monkeys 2002-ci ilin ortalarında dostlar Aleks Törner, Mett Helders və Endi Nikolson tərəfindən yaradılmışdır.[7][8] Törner və Helders qonşu və yaxın dost idilər, məktəbdə də birlikdə oxuyurdular.[7][8] Onlar Nikolsonla elə məktəbdə tanış oldular. Törner Heldersə təbil dəsti almağı məsləhət gördü. Nikolson bas gitarada və yeni üzv Ceymi Kuk ikinci gitaraçı kimi ifa etməyə başladı.[8][9] "Arctic Monkeys" adı məhz Kukun ideyası idi və Şimali İngiltərədən olan biri üçün təhqiramiz ifadə hesab olunurdu.[10] Törner qrupun üzvlərinin oxumaqdan imtina etdiklərini nəzərə alaraq solist olmağa qərar verdi. Heldersin fikrincə o, "bunu çox yaxşı bacarırdı".[8] Qrup Nipsenddə yerləşən Yellow Arch Studios-da hazırlığını etdi[11] və ilk konsertini 13 iyun 2003-cü ildə Şeffild şəhərinin mərkəzində yerləşən The Grapes-də etdi.[8][12] 2003-cü ildə etdikləri bir neçə çıxışdan sonra onlar Şeffilddəki[8] 2fly[8][13] studiyasında 18 demo yazdılar. Demo toplusunun CD-ləri konsertlərdə pərəstişkarlara pulsuz paylandı.[8][14] Pərəstişkarlardan biri demo toplusunu Beneath the Boardwalk adı altında qeyri rəsmi olaraq internetə yüklədi.[8][14][14] Rəsmi olmayan adla buraxılan demolar MySpace sosial şəbəkəsində məşhurlaşmağa başladı.
Qrup İngiltərənin şimalında populyarlıq qazanmağa başladı,[15] onlar BBC Radiosu və İngilis tabloid mətbuatının diqqətini çəkdilər. Yerli həvəskar fotoqraf Mark Bull qrupun ifalarını lentə aldı və "Fake Tales of San Francisco" musiqi videosunu çəkdi və bunu öz internet saytına yerləşdirdi.[14] Qrupun MySpace saytının populyarlığı ilə bağlı sualı cavablandıran üzvlər, bunun nə olduğundan xəbərsiz olduqlarını və saytı əvvəlcə onların pərəstişkarları tərəfindən yaradıldığını dedilər.[14] 2005-ci ilin may ayında Arctic Monkeys, "Fake Tales of San Francisco" və "From the Ritz to the Rubble" mahnılarını özündə əks etdirən Bang Bang leybli ilə Five Minutes with Arctic Monkeys adlı mini albom yayımladılar.[8][16] Bu 500 CD və 1000 ədəd yeddi düymlü vinil buraxılışı ilə məhdudlaşmışdı, eyni zamanda iTunes Musiqi Mağazasından yükləmək əlçatan idi.[8] Tezliklə qrup Redinq və Lids Festivallarının az tanınan qruplar üçün ayrılan Carling Səhnəsində çıxış etdi.[8]
Nəhayət, onlar 2005-ci ilin iyununda Domino ilə müqavilə bağladılar.[8][17] Qrup üzvləri, Dominonun sahibi Laurens Bellin onların işi ilə maraqlandığını bildirdi.[17] BK-ın Daily Star qəzeti qrupun bunun ardınca oktyabr ayında EMI ilə 1 milyon funt sterlinqlik nəşr müqaviləsi və ABŞ üçün Epic Records ilə 725.000 funt sterlinqlik müqavilə bağladıqlarını bildirdi.[18] Arctic Monkeys bunu öz saytında yalanladı. Domino Avstraliya və Yeni Zelandiya üçün nəşriyyat hüquqlarını EMI-yə, Yaponiya üçün isə müstəqil şirkət Hostess-ə lisenziya vermişdi.[15] Onların Linkolnşirdəki Chapel Studios-da qeydə alınan "I Bet You Look Good on the Dancefloor" adlı ilk sinqlı 17 oktyabr 2005-ci ildə buraxıldı və birbaşa BK sinqllar hit-paradında 1-ci oldu.[19][20] Onların 16 yanvar 2006-cı ildə buraxılmış ikinci sinqlı "When the Sun Goes Down" (əvvəllər "Scummy" adlanırdı) birbaşa BK sinqllar hit-paradında 1-ci pilləyə yüksəldi.[8][21][22][23] Qrupun kiçik marketinq və zəif reklam ilə qazandığı nailiyyət, bəzilərini yeni qrupların necə tanınmasına dair dəyişiklik olacağını düşünməyə vadar etdi.[1]
Qrup 2005-ci ilin sentyabrında Linkolnşirdəki Chapel Studios-da britaniyalı prodüser Cim Abbis ilə birlikdə Whatever People Say I Am, That's What I'm Not" adlı ilk albomunu istehsal etdi. Whatever People Say I Am, That's What I'm Not, ilk həftədə 363.735 nüsxə sataraq, Birləşmiş Krallığın tarixində ən tez satılan debüt albomu oldu.[24] Bu, Popstarın 306.631 nüsxəlik əvvəlki rekordu üstələdi və təkcə ilk günündə Top 20 siyahısındakı albomların ümumi sayısından daha çox nüsxə — 118.501 nüsxə satdı.[25] Albomun üz qabığında qrupun yaxın dostu olan Kris Makklur əlində siqarət ilə təsvir edilmişdi.[8][26] Bu hadisəyə görə onlar Şotlandiyadakı NHS rəhbəri tərəfindən "siqaret çəkməyin yaxşı olduğu təbliğ etdiklərinə" görə tənqid edildilər. CD-nin üz nəşrində olan şəkil siqaretlə dolu külqabının kadrıdı idi.[8][26] Qrupun məhsul meneceri cavab olaraq: "Şəkildə siqaret çəkənin bundan heç bir fayda qazanmadığını görə bilərsiniz" dedi.[26]
Albom bir ay sonra, 21 fevral 2006-cı ildə ABŞ-də yayımlandı,[8][27] ilk həftəsində 34.000 ədəd satıldıqdan sonra Billboard albom siyahısında 24-cü yeri tutdu, Amerikada satış rekordu qıran ikinci indi-rok albomu oldu.[8][28] Bununla da, ABŞ-nin ilk il satışları albom üçün İngiltərədəki ilk həftənin satışları ilə uyğun gəlmədi.[29] Qrupun 2006-cı ilin iyununda Şimali Amerika səfəri hər dayanacaqda xoş rəğbətlə qarşılandı.[30][31][32] Albom 2017-ci ildə RIAA tərəfindən ABŞ-də 500.000-dən çox satıldığı üçün Qızıl sertifikata layiq görüldü.[33] Həmçinin Birləşmiş Krallığın NME jurnalı qrupun debüt albomunu "bütün zamanların 5-ci ən böyük Britaniya albomu" elan etdi.[34] 2006-cı ildə baş tutan NME Mükafatlarında, "Ən yaxşı İngilis qrupu, Ən Yaxşı Yeni Qrup və "I Bet You Look Good on the Dancefloor" ən yaxşı trek nominasiyalarında üç mükafat qazandı.[35][36]
Arctic Monkeys yeni material yazmağa vaxt itirmədi və 24 aprel 2006-cı ildə "Who the Fuck Are Arctic Monkeys?" adlı beş trekdən ibarət mini albom dərc etdi.[8][37] Mini albom müddətinə görə Birləşmiş Krallıq sinql və ya albom hit paradlarına düşə bilmədi.[8]
Birləşmiş Krallıqda mini albomun buraxılmasından qısa müddət sonra qrup elan etdi ki, Endi Nikolson ağır yorğunluq səbəbindən qrupun qarşıdakı Şimali Amerika turunda iştirak etməyəcək".[8][38] İngiltərəyə qayıtdıqdan sonra Nikolson Arctic Monkeys-dən ayrılacağını və öz layihəsinə başlayacağını təsdiqlədi.[8] O, həmçinin qrupun son altı aydakı şöhrəti və uğuruna tab gətirəməyəcəyini bildirdi.[8] Qrup rəsmi internet saytında verdiyi açıqlamada: "Hər kəsə Endinin artıq qrupda olmadığını söyləməkdən kədərlənirik" dedi və sonra Dodgems qrupunun üzvü O'Mellinin, Endi Nikolsonun yerini əvəz edəcəyi məlum oldu.[8][39]
Arctic Monkeys qrupunun Nikolson olmadan ilk buraxılışı olan "Leave Before the Lights Come On" sinqlı 14 avqust 2006-cı ildə çıxdı.[40] Törner mahnının onların şöhrət qazanmazdan əvvəl yazdığı son mahnılardan biri olduğunu söylədi və, "Albomda olacağına ümid edirəm" dedi.[41] Birləşmiş Krallıqra 4-cü yerə yüksələn sinql, qrupun 1-ci yerə çatmayan ilk sinqlı oldu.[42] Nikolson keçmiş qrup yoldaşları və onun əvəzedicisi O'Melli ilə Leeds Festivalında yenidən bir araya gəldi.[43] İki həftə sonra baş tutan Mükafat mərasimində Nikolson deyil yalnız orijinal qrup üzvləri iştirak etdi.[44]
Qrupun ikinci albomu "Favourite Worst Nightmare" 23 aprel 2007-ci ildə, "Brianstorm" sinqlının buraxılmasından bir həftə sonra buraxıldı.[45][46] İlk albom kimi Favourite Worst Nightmare də albom hit paradlarında tez bir zamanda 1-ci yeri tutdu.[47] Törner mahnıları "keçən dəfəkindən çox fərqli" adlandırdı və əlavə etdi ki, bəzi treklərin səsi "bir az doludur — bir az "From the Ritz to the Rubble", "The View from the Afternoon" kimidir.[48] 10 fevral 2007-ci ildə Şeffildin Leadmill-də ifa olunan gizli konsert yeddi yeni mahnı (Favourite Worst Nightmare-dən altısı və digəri) debüt etdi.[49] Buraxılış haqqında ilk rəylər müsbət idi və onu "çox, çox sürətli və çox, çox yüksək" kimi təsvir etdilər.[50]
Qrup dünyanın hər yerindən PLUG Müstəqil Musiqi Mükafatlarında[51] həmçinin ABŞ-də Ən Yaxşı Yeni Sənətçi, Yaponiya, İrlandiya, ilin Albomu mükafatları, Ən Yaxşı Mükafatlar, 2007 NME Mükafatlarında Scummy Man qısametrajlı filmi üçün Albom və Ən Yaxşı Musiqi DVD-si mükafatlarını aldı.[52] 2008-ci il BRIT Mükafatlarında Ən Yaxşı İngilis Qrupu və Ən Yaxşı İngilis Albomu mükafatlarını qazanaraq ili başa vurdu.[53] Ardıcıl ikinci il qrup Merkuri Mükafatına namizəd oldu.[54]
29 aprel 2007-ci ildə, Favourite Worst Nightmare Birləşmiş Krallıq albomlar hit paradında 1-ci yer olduğu gün, albomdakı bütün 12 trek də Birləşmiş Krallıq sinqllar hit paradında İlk 200-də yer aldı.[55] Qrup daha sonra "Fluorescent Adolescent" mahnısını sinql kimi buraxdı və The Jonathan Ross Show-da klounlar kimi geyinərək mahnını ilk dəfə canlı ifa etdi.[56][57] Favourite Worst Nightmare-dən üçüncü sinql olan "Teddy Picker", 3 dekabr 2007-ci ildə buraxıldı.[58] Bu buraxılışdan əvvəl qrup "Teddy Picker" sinqlının b tərəflərindən ikisini ehtiva edən Death Ramps təxəllüsü ilə son dərəcə məhdud sayda 250 ədəd vinil buraxdı.[59]
Buraxılışının ilk həftəsində albom 227.993 ədəd nüsxə satdı,[60] ilk albom olan Whatever People Say I Am, That's What I'm Not kimi Birləşmiş Krallıq albomlar hit paradında bir nömrəyə yüksələ bildi, lakin 130.000 ədəd daha az satdı. Brianstorm və Fluorescent Adolescent albomunun ilk iki sinqlı hər ikisi Böyük Britaniyanın ən yaxşı hitləri idi.[61][62] Favourite Worst Nightmare-in ilk gündə 85.000 satışı, top 20-nin qalan hissəsini üstələdi, albomdakı on iki mahnı isə Birləşmiş Krallıq sinqllar hit paradında ilk 200-ə daxil oldu.[63] 2013-cü ilin sentyabrına qədər albom Birləşmiş Krallıqda 821.128 nüsxə satdı və o vaxtdan 2018-ci ilə qədər 3 dəfə platin sertifikatı qazandı.[64] ABŞ-də albom ilk həftəsində təxminən 44.000 nüsxə sataraq yeddinci yerdə yekunlaşdı.[65]
Arctic Monkeys 22 iyun 2007-ci ildə Qlastonberi Festivalına başçılıq etdi, onun əsas məqamları BBC2-də yayımlandı.[8] Nümayiş zamanı qrup Dizzee Rascal və Simian Mobile Disco ilə çıxış etdi və Shirley Bassey-in "Diamonds Are Forever" mahnısını ifa etdi.[66] Qrup həmçinin 16 iyun 2007-ci ildə Dublinin Malahayd qalasında böyük bir konsert verdi və ertəsi gün ikinci tarix əlavə edildi.[67] 28–29 iyul 2007-ci il tarixlərində qrup Mançesterdə yerləşən 55.000 tutumlu Old Trafford Cricket Ground-da bu günə qədər ən böyük konsertini verdi.[68][69] Şoular NME tərəfindən "bir nəslin konsertləri" kimi alqışlandı və hətta 1996-cı ildə Knebworth House-da Oasis-in rekord qıran şouları ilə müqayisə edildi.[69] LCCG konsertləri Arctic Monkeys-in statusunu möhkəmləndirdi. Oasis-in onlardan əvvəl etdiyi kimi, öz nəsillərinin qrupunu müəyyənləşdirdi.[69] Qrup 2007-ci ilin sentyabrında Austin City Limits Musiqi Festivalında çıxış etməyi planlaşdırırdı.[70] Digər Avropa festivallarına 2007-ci ildəki Rock Werchter də daxil idi.[71] Qrup 19 və 20 iyun 2007-ci ildə Cardiff International Arenada iki şou göstərdi.[72] Onlar 8 və 9 dekabr 2007-ci ildə Alexandra palas-da iki dəfə London konserti verdilər.[73] 1 sentyabr 2007-ci ildə Bar M-də (indiki Ibiza Rocks Bar) Reverend and the Makers ilə birlikdə çıxış etdilər.[74] 17 dekabr 2007-ci ildə Mançester Apollonda turun sonuncu çıxışını etdilər, bu şou At the Apollo adlı canlı albom və video buraxılışı üçün çəkilmişdi, növbəti il kinoteatrlarda nümayiş olundu.[75][76][77]
Törner digər layihəsi olan The Last Shadow Puppets ilə lentə aldığı albomun və qastrol səfərinin fasiləsindən sonra,[8] qrup albomun yarısını Rancho De La Luna-da 2008-ci ilin payızının əvvəlində Queens of the Stone Age- dən Coş Homm ilə, yarısını isə 2009-cu ilin yaz ayında, Ceyms Ford ilə səsyazma sessiyaları keçirildi.[78][79] Bu tur zamanı əsas sinql "Crying Lightning", Humbug mahnıları "Pretty Visitors", "Dangerous Animals" və "Potion Approaching" (o vaxtlar "Go-Kart" kimi tanınırdı) birlikdə canlı debüt etdi. Daha sonra Mett Helders tərəfindən bir video gündəliyində albomun 14 trekdən ibarət olacağı və Törnerin materialın miskinqinə nəzarət etmək üçün Nyu-Yorkda qalacağı açıqlandı.[80] Lakin 1 iyun 2009-cu ildə açıqlanan yekun trek siyahısında yalnız 10 trekin siyahısı var idi.[81]
Clash-da yayımlanan bir önizləmə məqaləsində yazıçı Simon Harper iddia etdi ki, qrup "qəbul edilən üslublarından kənara addım atarkən çata biləcəkləri dərinlikləri araşdırmaq üçün hər hansı gözləntiləri və ya ehtimalları tamamilə rədd etdi". Eyni saytda, Törner yeni albomu yazarkən Nik Keyv, Cimi Hendriksvə Cream-i dinlədiyini ortaya qoydu.[82] Humbug 19 avqust 2009-cu ildə buraxıldı və hər iki əvvəlki albom kimi o da birbaşa 1-ci yerə çıxdı.[83][84]
Arctic Monkeys-in internet saytında elan edildiyi kimi, Humbug-dan ilk sinql iyulun 6-da yayımlanan "Crying Lightning" oldu.[8] Həmin gün ilk radio premyerası baş tutdu.[8] 12 iyul 2009-cu ildə "Crying Lightning" sinqlı Birləşmiş Krallıq sinqllar hiy paradında 12-ci yeri tutdu.[85] İkinci sinql olan "Cornerstone", 16 noyabr 2009-cu ildə buraxıldı.[86] 2010-cu ilin fevralında Humbug-da yer alacaq üçüncü və son sinqlın 22 martda buraxılan "My Propeller" olacağı elan edildi.[87][88] Yeni sinqlın buraxılışından qısa müddət əvvəl qrup Martın 27-də Teenage Cancer Trust-a dəstək olaraq Royal Albert Hall-da özünə məxsus Birləşmiş Krallıq çıxışı etdi.[88]
Arctic Monkeys 2009-cu ilin yanvar ayında Humbug dünya turunun ilk yarısına çıxdı və Redinq Lids festivallarına başçılıq etdi.[8][89][90] Bu tamaşalar zamanı onlar Humbug-dan bir sıra mahnıları, üstəlik "Brianstorm" kimi köhnə trekləri və Nick Cave and the Bad Seeds-in mahnısı "Red Right Hand" üçün kaver ifa etdilər.[90] İzləyicilərinin az olduğu Şimali Amerikada onlar Monreal Oşeaga Festivalında, eləcə də Nyu-Cersidə qısaldılmış dəstlər ifa etdilər.[91] Tur 2010-cu ilin əvvəlində Meksikada başa çatdı.[92]
2011-ci ilin may ayında NME qəzeti qrupun Ceyms Ford ilə birlikdə olduğunu və dördüncü studiya albomunu ən tez yazın sonunda buraxacağını bildirdi.[93] Q jurnalı dördüncü Arctic Monkeys albomunun Humbug ilə müqayisədə "daha çox vintaj" olacağını bildirdi.[94] Q çap nəşri 299-da deyilir: "Bu, pərdələri geri çəkən və günəş işığını içəri buraxan qrupun səsidir".[95]
Albom 2010 və 2011-ci illərdə Los Ancelesdəki Sound City Studios-da lentə alınıb.[96] 4 mart 2011-ci ildə qrup öz internet səhifəsində Mett Heldersin aparıcı vokalları ilə "Brick by Brick" adlı yeni trekini premyera etdi.[97][98] 10 mart 2011-ci ildə qrup albomun Suck It and See adlanacağını və 6 iyun 2011-ci ildə buraxılacağını açıqladı.[99][100][101]
Onların dördüncü albomunun "Don't Sit Down 'Cause I've Moved Your Chair" adlı ilk sinqlı 12 apreldə rəqəmsal yükləmə kimi, 16 apreldə isə Record Store Day üçün "Brick by Brick" ilə vinil üzərində buraxıldı. 17 apreldə Birləşmiş Kraklıq sinqllar hit paradında 28-ci yerə yüksəldi.[102] 30 mayda 7 və 10 düymlük vinildə sinqlin 2 b tərəfli versiyası buraxıldı.[101] Qrup pərəstişkarlarına albomu satın alıb-almamaq barədə qərar verməzdən əvvəl bütün albomu öz internet saytında dinləməyə icazə verdi.[103] Suck It and See daha sonra 6 iyun 2011-ci ildə buraxıldı[101] və albom hit paradlarında birbaşa 1-ci yerə yüksəldi.[104] Bununla da, Arctic Monkeys tarixdə ardıcıl dörd albomu hit paradlarda birinci yerə çıxardan ikinci qrup oldu.[103]
Qrup Suck It And See-nin ikinci sınqlı "The Hellcat Spangled Shalalala"-nın yaxın zamanda buraxılacağını bildirdi.[105] Stokun çoxu 2011 İngiltərə iğtişaşları zamanı ambarlarda yanaraq məhv oldu.[106][107] Bunun ardınca 14 avqustda qrupun vebsaytında sinqlın 7 düymlük məhdud sayda vinili buraxıldı.[8] Mahnı Belçikada 15-ci yerə çatdı.[108] 2011-ci ilin sentyabrında qrup təbilçi Mett Heldersin yer aldığı "Suck It And See" mahnı klipini yayımladı və onu 31 oktyabr 2011-ci ildə sinql olaraq buraxacaqlarını açıqladı.[109][110] 2011-ci ilin iyulunda qrup, Londondakı iTunes Festivalında etdikləri çıxışın 6 canlı ifasını mini albom kimi iTunes üzərindən dərc etdi.[8]
Albom kommersiya baxımından da uğurlu oldu. Buraxılışının ilk həftəsində 82.000 ədəddən çox sataraq Birləşmiş Krallıqda bir nömrəli debüt etdi.[111] Ümumilikdə albom 333.000 ədəd satıldı.[112] NME albomun üz qabığını, "The Beatles"-ın "White Album"-un üslubundan sonra çəkilmiş tarixin ən pislərindən biri adlandırdı.[113] İyul ayında albom 2011-ci ilin Ən Yaxşı Albomuna görə Mojo mükafatını qazandı. Mojo jurnalı albomu "2011-ci ilin ən yaxşı 50 albomu" siyahısında 39-cu yerə layiq gördü.[114] 30 mayda, rəsmi buraxılışdan bir həftə əvvəl Domino Records bütün albomu SoundCloud-da dərc etdi.[115] Buraxıldıqdan bir neçə saat sonra ilk iki trek hər biri 10.000-dən çox dinlənməyə çatdı və həftənin sonuna qədər hər biri 100.000-dən çox oxutma topladı.[8]
Arctic Monkeys 2011-ci ilin may ayında Suck It and See Turuna çıxdı.[116] Onlar The Strokes, Arcade Fire və Primal Scream ilə birlikdə Benicàssim Festival 2011-ə başçılıq etdilər.[117] Fevralın 7-də təsdiq etdilər ki, onlar 10 və 11 iyunda Şeffilddəki Don Valley Bowl-da iki dəfə "böyük evə qayıtma şousu" göstərəcəklər.[118] 5–7 avqust 2011-ci il tarixlərində Lollapalooza-da, 21 avqustda Hollandiyada Lowlands-da çıxış etdilər. Tur 2012-ci ilin mart ayına qədər davam etdi.
Oktyabrın 27-də onlar b tərəf olan "Evil Twin" üçün video klip yayımladılar.[119] Mahnını 28 oktyabrda "The Graham Norton Show"-da ifa etdilər.[120] Əlavə olaraq "Black Treacle" sinqlı üçün də klip yayımlandı.[121]
26 fevral 2012-ci ildə qrup YouTube kanalında "R U Mine?" adlı yeni mahnı yüklədi.[8][122] Martın 4-də yalnız yükləmələrə görə Birləşmiş Krallıq sinqllar hit paradlarında 23-cü yerə yüksəldi.[123] 21 apreldə mahnı "Electricity" sinqlında b tərəf olaraq yer aldı.[8]
27 iyul 2012-ci ildə Arctic Monkeys London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edərək "I Bet You Look Good on the Dancefloor" mahnısını və Beatles qrupunun "Come Together" mahnısının koverini ifa etdi.[8]
22 may 2013-cü ildə qrup Kaliforniyanın Ventura şəhərindəki, Ventura Teatrında AM Turuna başladı və burada onlar "Do I Wanna Know?" adlı yeni mahnını debüt etdilər.[8] 1 iyun 2013-cü ildə qrup Texasın Hyuston şəhərində keçirilən Free Press Summer Fest-də çıxış etdi.[124] 14 iyunda qrup İsveçdə Hultsfred Festivalında "Mad Sounds" adlı başqa mahnı debüt etdi.[125] Dörd gün sonra, 18 iyun 2013-cü ildə qrup "Do I Wanna Know?" mahnısının rəsmi videosunu buraxdı.[126][127] Mahnının studiya versiyası, müşayiət olunan vizuallarla yanaşı, iTunes vasitəsilə də satın alına bilinirdi və Birləmiş Krallıq sinqllar hit paradlarında 11-ci yerdə daxil oldu.[127][128] 23 iyun 2013-cü ildə Arctic Monkeys Almaniyada Southside Festivalına başçılıq etdi.[129]
Qrupun beşinci studiya albomu olan AM, 9 sentyabr 2013-cü ildə buraxıldı. Albom Kaliforniyanın Coşua Tri şəhərindəki Rancho de la Luna studiyasında qeydə alınıb və burada Queens of the Stone Age qrupunun üzvü Coş Homm həmçinin Elvis Kostellonun təbilçisi Pit Tomasın, eləcə cə The Coral-dan Bill Rayder-Consun qonaq çıxışları olub. Bundan əlavə, 27 iyunda qrup Motorpoint Arena Şeffilddə evə dönüş konserti ilə yekunlaşan səkkiz dəfə olacaq Birləşmiş Krallıq arena turunu elan etdi. Qrup 28 iyun 2013-cü ildə Qlastonberi gestivalında Piramida səhnəsində çıxış etdi. Arctic Monkeys həmçinin 2013-cü ildə Polşanın Qdınya şəhərində keçirilən Open'er Festivalına başçılıq etdi və iyulun 4-də əsas səhnədə oynadı. Əlavə olaraq onlar 20 iyulda qrup Benicàssim 2013-də səhnə aldı.
11 avqust 2013-cü ildə albomun üçüncü sinqlı olan "Why'd You Only Call Me When You're High?", b tərəfində "Stop The World I Wanna Get Off With You" mahnısı ilə buraxıldı.[130][131][132] Sinql 18 avqust 2013-cü ildə Birləşmiş Krallıq sinqllar hit paradında 8-ci yeri tutaraq,[133] 2007-ci ildəki "Fluorescent Adolescent" mahnısından sonra qrupun ilk Birləşmiş Krallıq ən yaxşı 10 sinqlı oldu.
AM tənqidçilər tərəfindən yaxşı rəylər aldı. Əsas tənqidçilərin rəylərinə 100-dən normallaşdırılmış reytinq təyin edən Metacritic-də albom 36 rəy əsasında orta hesabla 81 bal toplayıb.[134] Clash jurnalından Simon Harper qeyd edir: "Rokun titanları ilə hip-hop əfsanələrindən qaynaqlanan AM, qaranlıq və qorxuducu, eyni zamanda dəhşətli dərəcədə həyəcanlandıran əlamətdar vuruşlar üzərində qurulub."[135] Entertainment Weekly-dən Rey Rahman ona 'A-' verdi və dedi ki, "AM Velvet Underground melodiyalarını, Black Sabbath rifflərini və oynaq mahnıları qarışdırır və bunu etməklə əylənir."[136] Time Out albom haqqında dedi: "Britaniyanın ən böyük qruplarından biri gözlənilməz, lakin olduqca xoş bir şəkildə daha da gücləndi. Subay kişilər, sizi çağırıram: FHM-i yerə qoyun və AM-ı götürün."[137] 10/10 icmalında NME bunları yazdı AM "mütləq və şübhəsiz ki, onların karyerasının ən böyük səsyazmasıdır".[138] PopMatters-dən 8/10 verən JC Maçek III Törneri "indiyə qədərki ən poetik vəziyyətdə" olduğuna görə təriflədi və albomu "bir-birinə inanılmaz dərəcədə uyğun gələn heyrətamiz şəkildə birləşən və müxtəlif albom" adlandırdı.[139] The Guardian jurnalından Tim Jonze qeyd etdi ki, albom "həmin müxtəlif istiqamətləri — Humbug-un əzələli riffləri və Suck It and See-nin həsrətli popunu — onların ilk səsyazmalarına səbəb olan parlaq enerji və əyləncə hissi ilə birləşdirməyi bacarır".[140] Pitchfork-dan Ryan Dombal AM-i "paranoyak və lənətli" adlandırdı.[141]
9 sentyabr 2013-cü ildə AM buraxıldıdışının ilk həftəsində 157.000-dən çox nüsxə sataraq Birləşmiş Krallıq albom hit paradlarında 1-ci yerdə yekunlaşdı.[142] Nəticədə, Arctic Monkeys Birləşmiş Krallıqda ardıcıl olaraq 5 dəfə nömrə 1 albomu olan ilk indi-rok qrupu kimi tarixə düşdü.[143] Albom geniş bəyənmə qazandı və Arctic Monkeys-ə "Merkuri Mükafatına" üçüncü nominasiyasını gətirdi.[144] Albom həmçinin "Ən Yaxşı İngilis Albomu" üçün "Brit" mükafatını qazandı.[145] ABŞ-də albom ilk həftəsində 42.000 nüsxə satdı və Billboard 200-də altı nömrədə yer aldı. 2017-ci ilin avqustunda AM Birləşmiş Ştatlarda bir milyondan çox vahid satış və albom ekvivalenti vahidlərinə görə RIAA tərəfindən platin sertifikatına layiq görüldü.[33][146]
Törner AM-i 1970-ci illərin ağır rok ilə hip-hop təbil ritmlərini birləşdirərək qrupun "indiyə qədərki ən orijinal" səsyazması kimi təsvir etdi. Solmen bildirib ki, "Arabella" mahnısı albomun iki üslubunu bir trekdə ən təsirli şəkildə ifadə edir.
23 və 24 may 2014-cü il tarixlərində Arctic Monkeys Tame Impala, Mayls Keyn və Royal Blood-un dəstəyi ilə Finsberi Parkında iki gün ərzində təxminən 80.000 tamaşaçının izlədiyi ən böyük konsertlərdən birini keçirdi. Arctic Monkeys həmçinin 2014-cü ilin avqustunda Redinq və Lids Festivalına başçılıq edirdi. Qrup 2014-cü ilin sonlarında AM Turunu bağlayan bir neçə şou nümayiş etdirdi. 2014-cü ilin dekabrında "Do I Wanna Know?" Ən Yaxşı Rok Performansı üçün Qremmi Mükafatına namizəd oldu.[147]
24 avqust 2014-cü ildə qrup AM Turundan sonra fasilə elan etdi.[148] Törner və Helders bu müddət ərzində başqa layihələr həyata keçirdilər. 2016-cı ildə Törner The Last Shadow Puppets-in ikinci albomu Everything You've Come to Expect-i elan etdi.[149][150] Helders İqqi Popun Post Pop Depression albomunda təbil çaldı.[151] 2016-cı ilin iyul ayında qrup xeyriyyə məqsədilə 'AM' albomunun üz qabığı üslubunda hazırlanmış fil heykəlini nümayiş etdirdi.[152] Layihə Şeffild Uşaq Xəstəxanasının üçün pul topladı.[152]
2016-cı ilin dekabrında Törner BBC Radio Şeffild-ə qrupun fasiləsinin başa çatdığını və altıncı studiya albomu üzərində işin başladığını təsdiqlədi.[153] Albom 2017-ci ilin sentyabrında yazılmağa başladı.[154]
Tranquility Base Hotel & Casino albomu 11 may 2018-ci ildə işıq üzü gördü.[155] Qrup 2018-ci ilin yayında Firefly Musiqi Festivalı,[156] TRNSMT,[157] Rock Werchter,[158] Lollapalooza,[159] Austin City Limits[160] və Voodoo Experience[161] olmaqla bir neçə festivala başçılıq etdi. Dinləyiciləri stilinə görə uzaqlaşdırmasına baxmayaraq, Tranquility Base Hotel & Casino ümumilikdə müsbət rəylər aldı və ən yaxşı albom üçün 2018 Merkuri Mükafatına və Ən Yaxşı Alternativ Musiqi Albomu üçün Qremmi mükafatına namizəd oldu. Bu, qrupun Birləşmiş Krallıqda ardıcıl altıncı bir nömrəli debütü və 25 il ərzində ölkənin ən tez satılan vinil rekordu oldu. Buraxılışından sonra albom "Four Out of Five" və "Tranquility Base Hotel & Casino" sinqlları, çoxsaylı televiziya çıxışları,[162][163][164][165] eləcə də ümumdünya turu ilə təşviq edildi. Onlar Mexikodakı Foro Sol Stadionunda 64,467 tamaşaçı ilə bu günə qədər ki, ən böyük konsertlərini nümayiş etdirdilər.
Reflektor Magazine icmalında albom haqqında bunları söylədi: "Beş illik sükutdan sonra çox gözlənilən Arctic Monkeys təəccüblü və hipnotik Tranquility Base Hotel & Casino ilə çox geri qayıdırlar. Bu yeni albom heyrətamiz bir ixtira, məlum ərazilərdən kənarda dolaşan və çaşqın bir səyahət kimi görünür. Bəşəriyyətin ilk dəfə "Tranquility Base" səthində Aya ayaq basması kimi, Arctic Monkeys də naməlum bir kainata düşür və orada yeni bir şeylərini ortaya qoyur, özlərinin gözlənilməyən tərəfini"[166]
Tranquility Base Hotel & Casino ilin ən yaxşı Britaniya və ya İrlandiya albomuna verilən illik mükafat olan 2018 Merkuri Mükafatına namizəd olub.[167] Bu, qrupun mükafat üçün dördüncü nominasiyası oldu.[167] Albom 61-ci İllik Qremmi Mükafatlarında Ən Yaxşı Alternativ Musiqi Albomu nominasiyasına namizəd oldu və "Four Out of Five" sinqlı ilə Ən Yaxşı Rok Performansı nominasiyasına namizəd göstərildi.[168]
Albom bir çox il sonu siyahılarında da yer aldı. Musiqi şərhçiləri il sonu siyahılarının məcmusunu yaradan "İlin Albomu"-nda Tranquility Base Hotel & Casino ilin on dördüncü ən yaxşı albomu kimi göstərdi.[169] The Independent[170] və Mojo[171] də daxil olmaqla jurnallar Tranquility Base Hotel & Casino-nu ilin ikinci ən yaxşı albomu kimi qeyd etdi.
2018-ci ildə Royal Albert Hall-da[172] Tranquility Base Hotel & Casino turu konsertindən Live at the Royal Albert Hall adlı canlı albom 4 dekabr 2020-ci ildə buraxıldı.[172] Konsertdən və albomdan qazanılan bütün pullar War Child xeyriyyə təşkilatına bağışlandı.[172]
2022–hal-hazırda: The Car
8 dekabr 2021-ci ildə qrupun, Redinq və Lids Festivalının 2022-ci il iterasiyasında Bring Me the Horizon, Megan Thee Stallion, Rage Against the Machine və Holzi ilə birlikdə şənbə günündə başçılıq edəcəyi elan edildi.[173][174][175]
23 avqust 2022-ci ildə Zürich Openair festivalında Arctic Monkeys "I Ain't Quite Where I Think I Am" adlı yeni mahnısını ilk dəfə ifa etdi.[176][177] Ertəsi gün onlar yeddinci studiya albomu olan The Car-ın 21 oktyabr 2022-ci il buraxılacağını elan etdilər.[178][179] 30 avqustda albomun ilk sinqlı olan "There'd Better Be a Mirrorball" musiqi videosu ilə birlikdə buraxıldı.[180]