Dilarə Cəbrayılova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dilarə Cəbrayılova
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1971(1971-06-03) (52 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Dilarə Məmmədağa qızı CəbrayılovaAzərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı.

Həyatı

Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

İstinadlar