Ekoloji təhlükə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ekoloji təhlükəinsancəmiyyətin həyatı üçün zəruri ehtiyaclarına və təbii ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.

Ekoloji təhlükə zonası

Ekoloji təhlükə zonası- insanın təsərrüfat və ya digər fəaliyyəti nəticəsində ətraf mühitin dərin dəyişilməsi baş verən və insanın həyatı üçün təhlükəli ərazi.

Ekoloji təhlükəli vəziyyət

Ekoloji təhlükəli vəziyyət- təbii ətraf mühitin dağılma təhlükəsi vəziyyətində antropogen və təbii təsirlər altında neqativ dəyişikliklərlə səciyyələnən, həmçinin təbii fəlakətlər və qəzalarla nəticələnən, bu səbəbdən də insanlarıncəmiyyətin həyatına təhlükə yaradan vəziyyət.

Ekoloji təhlükəsizlik sistemi

Ekoloji təhlükəsizlik sistemi- biosfer və antropogen, həmçinin təbii xarici yük arasında tarazlığı saxlamağa yönəldilən qanunverici, tibbi və bioloji tədbirlərin məcmusu.

Ekoloji təhlükəsizliyin təmin edilməsi-

Ekoloji təhlükəsizliyin təmin edilməsi- ekoloji təhlükəli vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, onların nəticələrinin və gələcəkdə baş verə biləcək neqativ təsirinin aradan qaldırılması üzrə fəaliyyət sistemi.

Ekoloji tərbiyə

Ekoloji tərbiyə- insanda ətraf mühitə qarşı şüurlu münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq, formalaşdırmaq. Ekoloji tərbiyədə mətbuat, radio, televiziya verlişləri, "yaşıl" hərəkatlar və s. böyük rol oynayır. Ekoloji tərbiyənin inkişafına beynəlxalq əlaqələr (MSOP, YUNESKO, "İnsanbiosfer" YUNEP və s.) imkanlar açır.

Xarici keçidlər

Həmçinin bax