Eldar Əliyev (aktyor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eldar Əliyev
Eldar Həsən oğlu Əliyev
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı
Fəaliyyəti aktyor
IMDb ID3107848

Eldar Həsən oğlu Əliyev— Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru.

Həyatı

Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib.

Xatirəsi

Eldar Əliyev haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilmişdir.[1]

Filmoqrafiya

  1. 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
  2. Dəli Kür (film, 1969)
  3. Gümüşü furqon (film, 1982)
  4. Qız qalası əfsanəsi (film, 1978)
  5. Mən ki gözəl deyildim (film, 1968)
  6. Papaq (film, 2007)
  7. Sən niyə susursan? (film, 1966)
  8. Toral və Zəri (film, 1979)
  9. Yenilməz batalyon (film, 1965)

İstinadlar

  1. Mədəniyyət TV. ""Xoşbəxtliyim" adlı ekran işinin təqdimatı baş tutub" (az.). Youtube.com. 06.02.2024. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.

Xarici keçidlər