Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq büruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi...
Toral və Zəri | |
---|---|
Janr |
dram musiqili məhəbbət |
Rejissor | Əsgər Məmmədov |
Əsərin müəllifi | Rüstəm Babaxanov |
Ssenari müəllifi | Həsən Seyidbəyli |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Elçin Axundov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 1979 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 15 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
2 hissə 418 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID3963382 |
Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir.
Multiplikasiya filmi yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur.
Film Rüstəm Babaxanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.