Eldar Namazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eldar Namazov
bayraq
Space TV-nin prezidenti
bayraq2
1997 – 2001
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıEtibar Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1956(1956-12-23) (67 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti.

Həyatı

Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir.

1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var.

İctimai-siyasi fəaliyyəti

Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur.

Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.

Eldar Namazov 2001-ci ilin mart ayından "Azərbaycan Naminə" İctimai Forumunun prezidentidir.

Eldar Namazov 2021-ci ildən İctimai TV-də "Aydınlıq" analitik ictimai-siyasi müəllif proqramına aparıcılıq etməkdədir.[1]

Mükafatları

Eldar Namazov 2 ABŞ şəhərinin fəxri vətəndaşı, 1 ABŞ şəhərinin fəxri meridir. Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı üçün — Məmmədəliyev Qızıl Medalına layiq görülüb.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.