Etibar Babayev

Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru.

Etibar Babayev
Space TV-nin prezidenti
2001 – 2006
ƏvvəlkiEldar Namazov
SonrakıSevinc Abdullayeva
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1950(1950-12-15) (73 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, alim
Atası Adil Babayev

Təltifləri Azərbaycan Respublikasının əməkdar jurnalisti

Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb.

Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb. 1993–2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001–2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub. 2013-cü ildən "Azad Azərbaycan" müstəqil teleradio şirkətinin Bədii Şurasının sədridir.

Etibar Adil oğlu Babayev uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti olub. Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bir müddət Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[1] Ardınca Azərbaycan Demokratik İstiqlal Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində Etibar Babayev Azərbaycan Demokratik İstiqlal Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 2-ci sırada olmuşdur.[2] ADİP proporsional seçkilərdə 106 782 (ümumi səslərin 3%-ni) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Etibar Babayev isə deputat seçilə bilməmişdir.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

E. Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən jurnalistika kafedrasının müdiri seçilib. 2010–2013-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasında rektor olub.

Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev" milli mükafatı, Jurnalistlərin "Qızıl qələm", "Həsən bəy Zərdabi" mükafatları, "Əməkdə fərqlənməyə görə" Lenin yubiley medalı, Yusif Məmmədəliyev medalı, müxtəlif Fəxri Fərmanlar və Diplomlar alıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülüb. Etibar Babayevin jurnalist fəaliyyəti Türkiyədə də müxtəlif ödüllərlə yüksək qiymətləndirilib.

Heç bir siyasi partiyanın üzvü deyil.

  • Bu da bir imtahandır. 2008
  • Yalana heykəl. 2009
  • Düz söz əyri qulağa necə girər? 2010
  • Qəfəsdə yaşamaq həyat deyil. 2011
  • Sözün varsa danış. 2012
  • Yalana heykel (türkçe) İstanbul nəşri. 2012
  • Teatrda müasirlik axtarışları. 2013
  • Devrimin gölgesinde fırtınalar (türkçe) İstanbul nəşri. 2014
  • Ömrün 100 anı. 2014
  • Barış körpüsü. 2018

Sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  • Sağalmaz yara
  • Birincilər
  • Bir millət, iki dövlət
  • Zirvə
  • Çiçək yağışı
  • Azərbaycan deyəndə
  • Biz 50 milyonluq xalqiq
  • Birliyimiz əbədidir
  1. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]