Elməddin Əlizadə
Elməddin Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zəhmətabad, Biləsuvar rayonu, Azərbaycan Respublikası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa şəhəri |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Zəhmətabad kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşa döyüşü • Hadrutun azad edilməsi |
Təltifləri |
Elməddin Sübhi oğlu Əlizadə (d. 11 mart 1997; Zəhmətabad, Biləsuvar rayonu — ö. 9 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Həyatı
Elməddin Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır.
Hərbi xidməti
Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
İstinadlar
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2021-01-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 yanvar 2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- 11 martda doğulanlar
- 1997-ci ildə doğulanlar
- 23 yaşında vəfat edənlər
- 9 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Biləsuvar rayonunda doğulanlar