Bu məqalə Xocavənd rayonu haqqındadır. Şəhər üçün Xocavənd səhifəsinə baxın. |
Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir.
Rayon | |
Xocavənd rayonu | |
---|---|
40°01′51″ şm. e. 47°25′20″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Xocavənd |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 26 noyabr 1991 |
Sahəsi |
|
Hündürlük | 575 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-XVD |
Telefon kodu | 994 26 |
Poçt indeksi | AZ 2801 |
Avtomobil nömrəsi | 28 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzi 2 oktyabr 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinın tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, Qoçbəyli, Sor kəndi, 14-də Qırmızıqaya, Məlikcanlı, Tağaser, 15-də Edilli, Edişə, Bulutan, Dağdöşü, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanlar, Bünyadlı, noyabrın 7-də Ataqut, Hünərli, 9-da Ağdam, Arpagədik, Quşçular, Məmməddərə, Susanlıq, Domi, Binədərəsi, Tuğ, Akaku, Azıx, Cilən, Mets Tağlar, Dərəkənd (Xocavənd), Salakətin, Şahyeri, Şexer, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Petrosaşen, Çaylaqqala, Köhnə Tağlar, Şəhər kəndləri işğaldan azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Ağbulaq (Gavahın), Ağkənd, Amaras, Arpadüzü, Avdur, Cəmiyyət, Cütcü, Çağadüz, Çartar, Çörəkli, Əmiranlar, Gavahın, Güneyçartar, Güneyxırman, Heşan, Xanoba, Xərxan, kənd Xocavənd, Kəndxurd, Kiş, Kuropatkino, Qağartsi, Qaradağlı, Qarakənd, Qarazəmi, Qarıtəpə, Qarqar, Quzeyçartar, Quzeyxırman, Quzumkənd, Mirikənd, Muğanlı, Müşkapat, Sos, Şıx Dursun, Yemişcan, Yenikənd, Zavadıx kəndləri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində qalan ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.
Xocavənd adlı yaşayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.[2] Xocavənd rayonunun 1923-cü ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur.[3]
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır.[4] Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Kənd adı | İşğal tarixi | İşğaldan azad olunma tarixi |
---|---|---|
Tuğ | 30.10.1991 | 9.11.2020 |
Salakətin | 30.10.1991 | 9.11.2020 |
Xocavənd | 19.11.1991 | 10.11.2020 |
Axullu | 09.01.1992 | 20.10.2020 |
Qaradağlı | 17.02.1992 | 10.11.2020 |
Muğanlı | 02.10.1992 | 10.11.2020 |
Əmiralılar | 02.10.1992 | 10.11.2020 |
Kuropatkino | 02.10.1992 | 10.11.2020 |
Günəşli | 23.07.1993 | 20.10.2020 |
Arakül | 20.08.1993 | 20.10.2020 |
4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd Rayon Prokurorluğu yaradılmışdır.[5]
10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.
10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocavənd rayonunun şimal hissəsi (keçmiş Martuni rayonu) müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Xocavənd rayonu Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini[6], Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalovdur.[7]
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII–XVII əsrlərə aid "Alban" kilsələri, I–V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib. Bunu eliyən isə Erməni separatçılarıdır
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.[9]
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24–25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.[10]
Rayon ərazisi Qarabağ silsiləsində yerləşir. Şuşa rayonu ilə sərhəddə Böyük –Kirs (2725 m) zirvəsi yüksəlir, şərqdə maili düzənliklər üstünlük təşkil edir. Yura, təbaşir, Neogen çöküntüləri yayılır.
İnzibati rayonda qışı quraq keçən mülayim-isti iqlim tipi yaranır və şərqdə yayı quraq keçən mülayim- isti iqlim tipi ilə əvəz olunur. Yanvarın orta temperaturu — 2 °C –dən — 5 °C–yə qədər, iyul da isə 20 °C –dən 24 °C –yə qədərdir. Yağıntıların orta illik miqdarı 400–800 mm-dir.
Rayonun çaylarıdan Köndələn, İşğan, Qozlu, Quru çayları Araz hövzəsinə aiddir, Həkəri çayının bəzi qolları burdan başlayır.
Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Bitki örtüyündə kolluqlar və enliyarpaq meşələr üstünlük təşkil edir.
üzlük daşı, tikinti daşı.
Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.
İllər | Cəmi əhalinin sayi, min nəfər | o cümlədən: | Bütün əhaliyə nisbətən, faizlə | ||
şəhər yerləri | kənd yerləri | şəhər yerləri | kənd yerləri | ||
2000 | 8 032.8 | 4 116.4 | 3 916.4 | 51.2 | 48.8 |
2001 | 8 114.3 | 4 167.2 | 3 947.1 | 51.4 | 48.6 |
2002 | 8 191.3 | 4 219.7 | 3 971.6 | 51.5 | 48.5 |
2003 | 8 269.1 | 4 273.7 | 3 995.4 | 51.7 | 48.3 |
2004 | 8 349.0 | 4 403.6 | 3 945.4 | 52.7 | 47.3 |
2005 | 8 447.3 | 4 477.6 | 3 969.7 | 53.0 | 47.0 |
2006 | 8 553.0 | 4 565.7 | 3 987.3 | 53.4 | 46.6 |
2007 | 8 665.9 | 4 636.6 | 4 029.3 | 53.5 | 46.5 |
2008 | 8 779.8 | 4 733.6 | 4 046.2 | 53.9 | 46.1 |
2009 | 8 896.9 | 4 818.3 | 4 078.6 | 54.2 | 45.8 |
2010 | 8 997.4 | 4 866.6 | 4 130.8 | 54.1 | 45.9 |
2011 | 9 111.1 | 4 829.5 | 4 281.6 | 53.0 | 47.0 |
'Doğum, ölüm və təbii artım'
İllər | Nəfər | əhalinin hər 1000 nəfərinə | ||||
Doğulanlar | Ölənlər | Təbii artım | Doğulanlar | Ölənlər | Təbii artım | |
2000 | 116 994 | 46 701 | 70293 | 14.8 | 5.9 | 8.9 |
2001 | 110 356 | 45 284 | 65072 | 13.8 | 5.7 | 8.1 |
2002 | 110 715 | 46 522 | 64193 | 13.8 | 5.8 | 8.0 |
2003 | 113 467 | 49 001 | 64466 | 14.0 | 6.0 | 8.0 |
2004 | 131 609 | 49 568 | 82041 | 16.1 | 6.1 | 10.0 |
2005 | 141 901 | 51 962 | 89939 | 17.2 | 6.3 | 10.9 |
2006 | 148 946 | 52 248 | 96698 | 17.8 | 6.2 | 11.6 |
2007 | 151 963 | 53 655 | 98308 | 18.0 | 6.3 | 11.7 |
2008 | 152 086 | 52 710 | 99376 | 17.8 | 6.2 | 11.6 |
2009 | 152 139 | 52 514 | 99625 | 17.2 | 5.9 | 11.3 |
2010 | 165 643 | 53 580 | 112 063 | 18.5 | 6.0 | 12.5 |
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Xocavənd rayonu | 41468 | 100,0 | 16904 | 100,0 | 24564 | 100,0 |
Şəhər əhalisi | 15161 | 36,56 | 5778 | 34.18 | 9383 | 38.20 |
Kənd əhalisi | 26307 | 63,44 | 11126 | 65.82 | 15181 | 61.80 |
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Xocavənd rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |