Emil Frantişek Burian

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Emil Frantişek Burian
Emil František Burian
Emil Frantişek Burianın 1928-ci ildəki xor ansamblı
Emil Frantişek Burianın 1928-ci ildəki xor ansamblı
Doğum tarixi
Doğum yeri Plzen
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Praqa
Dəfn yeri
  • Vışeqrad qəbiristanlığı[d]
Milliyyəti çex
Təhsili Praqa konservatoriyası
Fəaliyyəti rejissor, bəstəkar, yazıçı, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq.[1]

Həyatı

Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçibəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir.[1]

Fəaliyyəti

Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.[1]

Burielın quruluş verdiyi tamaşalar arasında M. Qorkinin "Yeqor Bulıçov və başqaları" (1934), N.F. Poqodinin "Aristokratlar" (1935), P. Bomarşenin "Sevilya bərbəri" (1936) və s. var. Buriel "Müharibə" (1935), "Xalq süitası" (1938) və s. pyeslərin müəllifi və rejissoru olmuşdur. Faşist işğalı illərində həbs düşərgəsinə salınmışdır (1941–45). Azad edildikdən sonra öz teatrının fəaliyyətini bərpa etmişdir ("Həyatın dibində", M. Qorki, 1951; "Taxtabiti", V.V. Mayakovski, 1956; Y. Qaşek, B. Brext və b. əsərləri). "Vera Lukaşova" (1939), "Həyat təşnəsi" (1950) və s. kinofilmlərin rejissoru olmuşdur. Teatr və musiqiyə dair məqalələrin müəllifidir.[1]

İstinadlar

  1. 1 2 3 4 Burian// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 85.

Xarici keçidlər