Etibar Əmiraslanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Etibar Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1961(1961-01-01) (63 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Rütbəsi Baş leytenant
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Əmiraslanov Etibar Əmiraslan oğluBozqurd batalyonunun komandiri.

Həyatı

1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb.

1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir.

1980-ci ildə SSRİ Hərbi Desant Hissəsi tərkibində Əfqanistana müharibəyə gedib. 1981-ci ildə Əfqan mücahedləri tərəfindən həbs olunub və 6 ay həbsxanada qalıb. Türkiyənin Boz Qurdları tərəfindən azad olunub. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi.[1]

1989-cu ildə Ermənistanla müharibə şəraitində yaşayan tovuzda könüllülər batalyonu yaradıb.[2][3]

Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.[4]

1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.[3]Həmçinin döyüşçü Əmiraslanov Etibar barəsində çoxsaylı video sujetlər çəkilib.[5][6][7]

Mükafatları

"Azərbaycan Bayrağı" ordeni

İstinadlar

  1. "Əfsanəvi Döyüşçü - Etibar Əmiraslanov". Musavat.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  2. "Çeçen və Türkləri ətrafında birləşdirən "Boz Qurd": Etibar Əmiraslanov". Ordu.az. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  3. 1 2 "1995-ci il Baş leytenant Etibar Əmiraslanov". Anspress.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  4. "Bin Ladenin məhbusu olmuş azərbaycanlı - Əmiraslanov Etibar Əmiraslan oğlu". 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-29.
  5. "Etibar Əmiraslanovun (Bozqurd Etibar) başçılıq etdiyi Tovuz batalyonu oxuyur Bəybala (Beyiş)". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  6. "Bozqurd Etibar Əmiraslanov hər kəsin dilindən düşməyən o məşhur hadisədən danışdı". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  7. "Etibar Əmiraslanov Nəcməddin Sadıkovu niyə döyüb?". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.