Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri.
Etibar Əmiraslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | baş leytenant |
Təltifləri |
1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb.
1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir.
1980-ci ildə SSRİ Hərbi Desant Hissəsi tərkibində Əfqanistana müharibəyə gedib. 1981-ci ildə Əfqan mücahedləri tərəfindən həbs olunub və 6 ay həbsxanada qalıb. Türkiyənin Boz Qurdları tərəfindən azad olunub. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi.[1]
1989-cu ildə Ermənistanla müharibə şəraitində yaşayan tovuzda könüllülər batalyonu yaradıb.[2][3]
Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.[4]
1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.[3]Həmçinin döyüşçü Əmiraslanov Etibar barəsində çoxsaylı video sujetlər çəkilib.[5][6][7]