Exinasea

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Exinasea
Elmi təsnifat
Beynəlxalq elmi adı

Exinasea (lat. Echinacea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Növləri

Exinasea- bu cinsin adı çiçəyinin iynəşəkilli kasa yarpaqlarına görə yunancadan "kirpi" kimi tərcümə olunur. Bu cinsin Atlantik okeanı yaxınlığında və Şimali Amerika rayonlarında bitən 3 növü məlumdur. Yaşıllaşdırmada onların yalnız bir növündən geniş istifadə olunur. Al-qırmızı exinasea (E.purpurea Moench)- hündürlüyü 60 sm-ə çatan gövdəsi zərif tüklərlə örtülmüş çoxillik bitkidir. Dişcikli yarpaqları kökətrafı rozetə yığılmışdır. Səbətləri iridir, diametri 15 sm-ə çatır. Çiçəyin qıraqlarında al-qırmızı, bəzən ağ dilcikli çiçəklər, ortasında isə qızılı-sarı rəngli, boruşəkilli çiçəkləri vardır. Exinaseanın kökləri çox vaxt torpağın üzərinə çıxır və qışda tez donur. Exinaseanı toxum və qələmə çoxaltmaq olar. Qələmlə çoxaltmada əsasən yazda və payızda götürülmüş yaşıl zoğlar yararlıdır. Qələmləri 40x50 sm sxem üzrə torpağa əkirlər.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

İstinadlar