Fərəc Cavanşirov
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 18 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Fərəc Cavanşirov | |
---|---|
Fərəc ağa Qüdrət ağa oğlu Cavanşirov | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Pirəhmədli |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | rəqqas |
Cavanşirov Fərəc ağa Qüdrət ağa oğlu (1917 – 2001, Bakı) — İncəsənət xadimi, rəqqas, Azərbaycan Konsert birliyinin sədri, İbrahimxəlil xanın oğlu Səfiqulu ağanın nəticəsi.
Həyatı
Fərəc Cavanşirov 1917-ci ildə Qaryagin qəzasının Böyük Pirəhmədli kəndində doğulmuşdur. Orta məktəbi bitirəndən sonra Teatr məktəbinə daxil olmuşdur. 1934-cü ildə bu təhsil ocağını tamamlayıb dövlət filarmoniyasında çalışmışdır. Sonra uzun müddət Musiqili Komediya Tetrında işləmişdir. Azərbaycan Konsert birliyinin sədri olmuşdur.
Fərəc Cavanşirov 2001-ci ildə vəfat edib.
Ailəsi
Fərəc Cavanşirov öncə xalq artisti Leyla Bədirbəyli ilə evlənmişdir. Bu nikahdan Cavanşir(Elhan) adlı oğlu olmuşdur. Sonra Asiya xanımla ailə qurmuşdur. İkinci evlilikdən Qüdrət, Fikrət, Cahangir, Fuad adlı oğulları, Gülər xanım, Nahidə xanım və Sevda xanım adlı qizları dünyaya gəlmişdir.
Mənbə
- Ənvər Çingizoğlu. Səfiqulu ağanın soyu. "Soy" dərgisi, 1 (1) 2003.