Cavanşirov Fərəc ağa Qüdrət ağa oğlu (1917 – 2001, Bakı) — İncəsənət xadimi, rəqqas, Azərbaycan Konsert birliyinin sədri, İbrahimxəlil xanın oğlu Səfiqulu ağanın nəticəsi.
Fərəc Cavanşirov | |
---|---|
Fərəc ağa Qüdrət ağa oğlu Cavanşirov | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Pirəhmədli |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | rəqqas |
Fərəc Cavanşirov 1917-ci ildə Qaryagin qəzasının Böyük Pirəhmədli kəndində doğulmuşdur. Orta məktəbi bitirəndən sonra Teatr məktəbinə daxil olmuşdur. 1934-cü ildə bu təhsil ocağını tamamlayıb dövlət filarmoniyasında çalışmışdır. Sonra uzun müddət Musiqili Komediya Tetrında işləmişdir. Azərbaycan Konsert birliyinin sədri olmuşdur.
Fərəc Cavanşirov 2001-ci ildə vəfat edib.
Fərəc Cavanşirov öncə xalq artisti Leyla Bədirbəyli ilə evlənmişdir. Bu nikahdan Cavanşir(Elhan) adlı oğlu olmuşdur. Sonra Asiya xanımla ailə qurmuşdur. İkinci evlilikdən Qüdrət, Fikrət, Cahangir, Fuad adlı oğulları, Gülər xanım, Nahidə xanım və Sevda xanım adlı qizları dünyaya gəlmişdir.