Fərqanə Mehdiyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərqanə Mehdiyeva
Doğum tarixi 19 fevral 1964(1964-02-19)
Doğum yeri
Vəfat tarixi 2 may 2020(2020-05-02) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Təhsili
Üzvlüyü

Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü.

Həyatı

Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub.[1] Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.[2]

Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.[3]

Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.[4][5]

Yaradıcılığı

Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.

Kitabları

  • “Çəkdiklərim mənə bəsdi!”,
  • “Deyirlər şirindi dünya”,
  • “Payızın yanında gözlərsən məni”,
  • “İkimiz darıxsaq...”

Məqalələri

  • Şeirlərinə bənzəyən şair (Məmməd Tahir-60), Ədalət. - 2015. - 20 iyun. - S.12

Təltifləri

Azərbaycan Prezdenti Təqaüd Fondunun təqüdçüsü olub. O, həmçinin Rəsul Rza və Mikayıl Müşfiqin adına təsis edilmiş ödüllərə layiq görülüb.[6]

İstinadlar

  1. Afaq Şıxlı. Göylər şairlərindi!. Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine modern.az — 19 fevral 2014
  2. Məmməd Tahir. Bir ağacın əlli yarpağı. Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine Palitra. - 2014. - 4 iyun. - S.13.
  3. ""Hərdən mənə elə gəlir ki, ailə ömürlük cəza koloniyasıdır"". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. "Şair Fərqanə Mehdiyeva vəfat etdi". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  5. "Nekroloq əvəzi". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  6. Yeni tatar şeiri antologiyası Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine. Bakı, DGTYB / 2016