Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə.[1]
Bakıxanov | |
---|---|
40°25′18″ şm. e. 49°57′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabunçu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Şablon:Wikidata/interval |
Sahəsi |
|
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.[2] Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var.
Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır. Kühül dağı mağara deməkdir.[3] Tarixi məlumaatlara görə, Çar Rusiyasıda talançı dəstə başçısı Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşeron rayonua gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və amansız qarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi. Sovet hakimiyyəti illərində burada salınmış yaşayış məntəqəsi Stepan Razinin adı ilə adlandırılmışdı. 1992-ci ildə Azərbaycan alimi, şair və maarifpərvəri Abbasqulu ağa Bakıxanovun (Qüdsi) şərəfinə adlandırılmışdır.[4]
Bakıxanov qəsəbəsi Bakı şəhərinin inzibati idarə dairəsinə daxil olan 5 şəhər tipli qəsəbəsindən biridir. Qəsəbə Abşeron yarımadasının cənub—qərbində dəniz səviyyəsindən 50 m-lik hündürlükdədir. Qəsəbə Bülbülə gölünün qərb sahilində Bakı şəhəri mərkəzindən 16.67 km məsafədə yerləşir. Bakıxanov qəsəbəsinin sahəsi 9,2 km2 -dir. Qəsəbə 40", 51' şimal enliyi və 49", 62' şərq uzunluğunda yerləşir. Sabunçu rayonuna daxil 10 qəsəbədən biridir. Qəsəbə ətrafında Nizami rayonu, Əmircan və Bülbülə qəsəbələri yerləşir.
Qəsəbə Abşeron yarımadası daxilində yüksək orta illik temperature və az yağıntıya malik ərazidir. Burada havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. İqlimi əsasən Aralıq dənizi tipli quru və subtropikdir. Ən isti vaxtlarda — iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. Qışı mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Burada güclü şimal küləyi əsir ki, orta illik sürəti isə 6,5 m/s-dir. Torpağı qumlu və şorandır.
Azərbaycan Statistika Komitəsinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 73680 nəfər əhali yaşayır.Bakıxanov qəsəbəsi 1920-ci illərdən 1925—1926-cı illərdə Neftçilər üçün ilk evlər tikilir və 1930-cu illərdə isə Bakıxanov böyük bir şəhər tipli qəsəbəyə çevrilir. Əhali sayı 1926-cı ildə cəmi 830 nəfər olduğu halda 1939-cu il]]də isə 10,3 min nəfər olmuşdur. Əhali sayına görə Bakı qəsəbələri arasında 5-ci yeri tuturdu. 1959-cu ildə 25,1 nim nəfər, 1970-ci ildə 35,7 min nəfər, 1989-cu illlərdə 75,5 min nəfər olmuşdur. 1980-ci illərdən sonra sürətli mənzil tikintisi getdiyi üçün əhali sayı sürətlə artmışdır. 1990-cı illərdə rus dili xalqların köçüb getməsi nəticəsində əhali sayı azalmışdır. 1999-cu illərdə 64,3 min nəfər olmuşdur.
Etnik tərkibi əsasən azərbaycanlılar olsa da digər xalqların nümayəndələridə yaşayır.
İqtisadiyyatın geniş sahəsi olan İctimai iaşə, ticarət, istehsal, xidmət fəaliyyətlərini həyata keçirən hüquqi və ya fiziki şəxslərlə onların xidmət etdiyi sənaye obyektləri, firmalar, idarə və təşkilatlar Bakıxanov qəsəbəsində istehlakçılara, əhaliyə yüksək səviyyədə xidmət edir. Qəsəbədə 100-dən çox böyük ticarət mərkəzləri, bazar, Böyük Marketlər, Şadlıq evləri,(Badukubə, Vahid, Füruzə və s.) Restoranlar, irili-xırdalı maqazalar xidmət edir.
Qəsəbədə Sabunçu rayon baş polis idarəsi, Sabunçu rayon icra hakimiyyəti, Bakıxanov Dəmir yol stansiyası, Nəqliyyat xidməti, ATS, Poçt məntəqəsi, apteklər, olimpiya kompleksi, müasir tipli binalar, Milli Parklar, ASAN xidmət, ticarət avadanlığı və metal konstruksiyalar zavodu, yeyinti sənayesinə aid olan müəssisələr, kənd təsərrüfatı emal müəssisəsi, çörək zavodu, yüngül sənaye fabriki, kiçik müəssisələr və s. fəaliyyət göstərir.