Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü.
Fərqanə Mehdiyeva | |
---|---|
Doğum tarixi | 19 fevral 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2020 (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Təhsili | |
Üzvlüyü |
Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub.[1] Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.[2]
Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.[3]
Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.[4][5]
Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Azərbaycan Prezdenti Təqaüd Fondunun təqüdçüsü olub. O, həmçinin Rəsul Rza və Mikayıl Müşfiqin adına təsis edilmiş ödüllərə layiq görülüb.[6]