Fətəli İsmixanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fətəli İsmixanov
Doğum yeri
Fəaliyyəti erməni və gürcü ədəbiyyatından tərcümələr
Fəaliyyət illəri 1915-1930

Fətəli İsmixanov (??-1942) — Azərbaycan maarifçisi, tərcüməçisi.

1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş[1], erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub.[2]

Erməni dilindən tərcümələri[3]

"Qaynana", Adelyan ; tərc. ed. İsmixanov

"Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov

"Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov

"Xaos", A. Şirvanzadə ; tərc. ed. F. İsmixanov

"Qızıl Xoruz: hekayələr", R. M. Akupyan ; tərc. ed. İsmixanov

"Tunel uğrunda": hekayə, H. Melikyan ; ermənicədən çevirəni. F. İsmixanov

"İvan bəy", A. Bakunts ; ermənicədən çevirəni. F. İsmixanov

"İnqilab komitəsinin sədri", S. Zoryan ; tərc. ed. F. İsmixanov

"Yolda: roman" Alazan ; ermənicədən ixtisarla çevirəni. F. İsmixanov ; red. M. S. Ordubadi

"Çadonun bəxti yoxsulun halı", A. Çuquryan ; tərcümə. F. İsmixanov ; redaktor Ə. Məhzun

"Yeni sabah: erməni şairi Akop Akopyandan parçalar", A. Akopyan ; tərc. ed. F. İsmixanov ; red. M. Rahim.

Gürcü dilindən tərcümələri[3]

"Fotoqraf: hekayə" K.Lordkipanidze ; çevirəni. İsmixanov

"Gürcü ədəbiyyatından nümunələr", çevirəni. F. İsmixanov ; red. M. S. Ordubadi

İstinadlar

  1. Məmmədli, Qulam., "İmzalar", Azərnəşr, Bakı, 1977. səh. 115
  2. "AMEA-nın Tarix İsitutunun direktor müavini Cəbi Bəhramovun AzVision.az-a müsahibəsi". 2019-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
  3. 1 2 "Azərbaycan Milli Kitabxanası". 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.