Aleksandr Şirvanzadə

Aleksandr Şirvanzadə (erm. Ալեքսանդր Շիրվանզադե; əsl adı Aleksandr Minasoviç Movsisyan (erm. Ալեքսանդր Մինասի Մովսիսյան); 18 aprel 1859, Şamaxı, Şamaxı quberniyası7 avqust 1935, Kislovodsk) — erməni yazıçısı, dramaturq, publisist, Azərbaycan SSRErmənistan SSR-in xalq yazıçısı (1930).[2][3]

Aleksandr Şirvanzadə
erm. Ալեքսանդր Շիրվանզադե
Doğum adı Ալեքսանդր Մինասի Մովսիսյան
Təxəllüsü Şirvanzadə
Doğum tarixi 18 aprel 1858(1858-04-18)[1]
Doğum yeri Şamaxı, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 avqust 1935(1935-08-07)[1] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aleksandr Şirvanzadənin qəbri[d]
Milliyyəti erməni
Fəaliyyəti yazıçı, dramaturq, hekayə yazıçısı[d]
Janrlar povest[d], hekayə, roman
Tanınmış əsərləri
Mükafatları Azərbaycan SSR xalq yazıçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb.

1905-1910-cu illərdə Parisdə, 1910-1915-ci illərdə Tbilisidə yaşayıb, sonra isə ABŞ-yə, Kaliforniyaya yollanıb.

1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi:

Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim... Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb. Lakin gözlərimin xəstə olması dərhal gəlməyimə mane oldu.

"Xaos", "Namus", "Hami", "Neft zavodunda yanğın", "Cinli", "Şərəf üçün", "Fatma və Əsəd" kimi əsərlərin müəllifidir. Bu əsərlərdə əsasən BakıŞamaxıda gördüyü hadisələri qələmə alıb.

Azərbaycanın xalq yazıçısı

[redaktə | mənbəni redaktə et]

Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb. Bununla da o, Azərbaycan SSR-nin ilk xalq yazıçısı hesab olunur. Eyni ildə Şirvanzadə Ermənistan SSR-in də Xalq yazıçısı adını alıb.

Əkbər Yerevanlı "Şirvanzadə və Azərbaycan mühiti" məqaləsində qeyd edir: "Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona xalq yazıçısı adı verilmişdir".

Azərbaycan SSR-in ali icraedici orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində 14 mart 1930-cu ilədək Qəzənfər Musabəyov, həmin tarixdən 1932-ci ilədək isə Dadaş Bünyadzadə çalışıb. Bu səbəbdən, Şirvanzadəyə xalq yazıçısı adının kim tərəfindən verildiyini müəyyənləşdirmək bir qədər çətindir.

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiqlə dostluq

[redaktə | mənbəni redaktə et]

O zamankı araşdırmaçılar Şirvanzadənin Cəlil MəmmədquluzadəAbdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.

1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, BakıTiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq "Haqverdiyev haqqında xatirələrim"də bu barədə yazır: "1929-cu ildə GürcüstanErmənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Ə.Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. Yerevanda söhbət üçün bir gün Ə.Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: "Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız". Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. Ə. Haqverdiyev verdiyi vədi unutmadı. O, Azərbaycanerməni xalqlarının dostluğunu əks etdirən "Çox gözəl" (1931) adlı bir pyes yazdı".[4]

Maraqlıdır ki, 1883-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir. Bir neçə ay sonra isə "Şamaxı zadəganlığından qanlı bir roman" adı ilə ermənicə "Ardzaqank" qəzetində dərc olunmuşdu. Əsəri türkcədən kim tərcümə edib — müəllif, ya kim — məlum deyil.[5]

Əkbər Yerevanlı həmçinin yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: "O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, X.Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq, bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi". Buna baxmayaraq, Şirvanzadə öz yaradıcılığında Azərbaycan dilindən istifadə edib.

  • "Xaos"
  • "Namus"
  • "Nakam qız"

Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı "Namus" romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi eyniadlı "Namus" filmi ilk erməni bədii filmi sayılmaqdadır.

  1. 1 2 3 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 517–519.
  2. ШИРВАНЗАДӘ Александр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 541.
  3. Abbas Zamanov, "Şərhlər". Həmidə Məmmədquluzadə, "Mirzə Cəlil haqqında xatirələrim", "Azərnəşr", 1967. səh. 195
  4. "Azərbaycan gəncləri" qəzeti, 12/XII 1948. N149(4473)
  5. Həmid Qasımzadə. Aleksandr Şirvanzadə. Bakı: Gənclik. 1971. səh. 41.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]