Arazi

Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878[1][2], Şüləver, Tiflis quberniyası[1][2]21 dekabr 1964[3][4], İrəvan[3][1][…]) — erməni yazıçı.

Arazi
erm. Մովսես Մելիքի Հարությունյան
Doğum adı Մովսես Մելիքի Հարությունյան
Doğum tarixi 20 mart (1 aprel) 1878[1][2]
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1964(1964-12-21)[3][4] (86 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d] (1899–)[1]
Fəaliyyəti yazıçı, tərcüməçi
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur.

Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir.[5] 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır.

Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir[6].

Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.

Bundan başqa, 1928-ci ildə Arazinin "Hekayələr"i, 1930-cu ildə "Yaşayanlar" (tərcüməçi Fətəli İsmixanov), 1937-ci ildə isə "Seçilmiş əsərləri" (tərcüməçi Nigar Rəfibəyli, hansı dildən tərcümə edildiyi bilinmir) Bakıda nəşr edilmişdir.[7]

Erməni sovet yazıçısı Arazi 21 dekabr 1964-cü ildə İrəvanda vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան 1974. C. 1. S. 683–864.
  2. 1 2 3 4 Erməni Qısa Ensiklopediyası (erm.). 1990. C. 1.
  3. 1 2 3 4 Арази // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Arazi // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  5. Большой Энциклопедический словарь. 2000. "Арази"
  6. Azərbaycan Sovet Ensiklopediyası I cild, səh. 381
  7. Əfqan Xəlilli, "Azərbaycan dilində nəşr edilmiş erməni müəlliflər — 2 Arxivləşdirilib 2019-04-11 at the Wayback Machine", 7 aprel 2019