Fazil Ələkbərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fazil Ələkbərov
25 avqust 2017 – 4 noyabr 2021
ƏvvəlkiƏhməd Əhmədov
SonrakıRəşad İsmayılov
bayraq
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
bayraq2
18 dekabr 2015 – 25 avqust 2017
Əvvəlkivəzifə təsis edilib
bayraq
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
bayraq2
2010 – 18 dekabr 2015
Şəxsi məlumatlar
Doğum tarixi 1971
Doğum yeri
Təhsili
Rütbəsi
General-leytenant

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017 "Vətən uğrunda" medalı — 2009

Fazil Nəriman oğlu Ələkbərov (1971, Arbatan, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2017–2021), general-leytenant.

Həyatı

1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir.

2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2017-ci il 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 2021-ci ildə vəzifəsindən azad edilmişdir.[1]

Təltifləri

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[2]

Ailəsi

Ailəlidir, üç övladı var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu və qudasıdır. Qızı Vasif Talıbovun oğlu Seymur Talıbov ilə evlənmişdir.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
  2. "Ələkbərov Fazil Nəriman oğlu". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
  3. "Arxivlənmiş surət". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.