Fazil Nəriman oğlu Ələkbərov (1971, Arbatan, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2017–2021), general-leytenant.
Fazil Ələkbərov | |
---|---|
25 avqust 2017 – 4 noyabr 2021 | |
Əvvəlki | Əhməd Əhmədov |
Sonrakı | Rəşad İsmayılov |
18 dekabr 2015 – 25 avqust 2017 | |
Əvvəlki | vəzifə təsis edilib |
2010 – 18 dekabr 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1971 |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
General-leytenant III dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
|
|
Təltifləri |
1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir.
2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2017-ci il 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 2021-ci ildə vəzifəsindən azad edilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[2]
Ailəlidir, üç övladı var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu və qudasıdır. Qızı Vasif Talıbovun oğlu Seymur Talıbov ilə evlənmişdir.[3]