Fazil Nəcəfov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fazil Nəcəfov
Doğum tarixi 16 fevral 1935(1935-02-16)
Doğum yeri
Vəfat tarixi 11 iyul 2023(2023-07-11) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili
Stil avanqard
Tanınmış işi
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şöhrət" ordeni — 2020

Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri.[1]

Həyatı

Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib.[2]

Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.[3]

Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var.

2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.[4]

Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.[5]

2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.[6]

Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür.[7] 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[8]

Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.[9]

Filmoqrafiya

İstinadlar

  1. "Каракмазли Д. "В камне я слышу долгое молчание". 2009 год". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  2. Nəcəfov, F. "Yaxşı sənətkar hər yerdə özünü sübut edəcək": [Xalq rəssamı, heykəltaraş Fazil Nəcəfovla müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2015.- 15 may.- S.13.
  3. Lalə Azəri. "Yaxşı sənətkar hər yerdə özünü sübut edəcək". anl.az. Mədəniyyət. 15 may 2015. 19 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
  4. "Памятник Кара Караеву — памятник, который стал украшением Баку". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  5. "Əfəndizadə R. Bakıda Qara Qarayevin heykəli. 2014 il". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  6. "Xalq rəssamı Fazil Nəcəfov haqqında film çəkilib". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  7. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 30 may 2002. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  8. "F.İ.Nəcəfovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 15 fevral 2020. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  9. "Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov vəfat edib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2023-07-12. İstifadə tarixi: 2023-07-12.[ölü keçid]

Xarici keçidlər