Bakı Müasir İncəsənət Muzeyi — Bakıda fəaliyyət göstərən muzey.
Müasir incəsənət muzeyi | |
---|---|
Əsası qoyulub | 20 mart 2009 |
Açılış tarixi | 20 mart 2009 |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | Yusif Səfərov küç. 5. |
Muzeyə yetişmək | M 2 Xətai |
Telefon | (+994 12) 490 84 04 |
İş rejimi |
11:00 – 21:00 Çərşənbə axşamı–Bazar |
Bilet |
Standart bilet: 5 AZN Tələbələr üçün: 2 AZN Məktəblilər və uşaqlar üçün: Pulsuz Ekskursiya: 5 AZN |
40°22′40″ şm. e. 49°51′52″ ş. u. | |
Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin açılışı 2009-cu il mart ayının 20-də olmuşdur. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanmışdır.
Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə uşaq incəsənəti zalı, kitabxana, həmçinin, restoran, videozal və art-kafe vardır.
Muzeyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və UNESCO-nun Baş katibi Koişiro Matsuura iştirak etmişlər.