Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Finlandiya Demokratik Respublikasının müvəqqəti torpaqları. Daha sonra SSRİ-yə birləşdirilmişdir.
Finlandiya Demokratik Respublikası (FDR; fin Suomen kansanvaltainen tasavalta ) — 1939-1940-cı illər sovet-fin müharibəsi zamanı SSRİ başçısı İosif Stalinin qurduğu, kommunizmi dəstəkləyən milis və sovet partizanlarından ibarət kukla dövlət . Bu ölkənin heç bir hüquqi əsası olmamış və müharibənin sonunda imzalanan Moskva sülh müqaviləsi ilə ləğv edilmişdir. 1941-1944-cü illər sovet-fin müharibəsi başlayandan sonra da Stalin bu dövləti yenidən qurmamışdır. Stalin rəhbərliyi altındakı Sovet İttifaqının o dövrdə Finlandiya , Yaponiya , Türkiyə və Qərbi Almaniyaya dair konkret planları olsa da, Qərbi Avropada ifrat solçu təşkilatları dəstəkləməklə kifayətlənmiş və Koreya müharibəsinin sonunda xəstələnərək ölmüşdür. Sözügedən torpaqlar indi Rusiyanın nəzarətindədir. Finlandiyada bəzi müxalifət partiyaları istisna olmaqla rəsmi torpaq istəyi yoxdur. Ölkənin idarəetmə forması Xalq Respublikası olmuşdur. Dövlət 1 dekabr 1939 -cu ildə yaradılmış və 12 mart 1940 -cı ildə ləğv edilmişdir.
İnzibati bölgüsü
Petsamo
Salla
Karelia
Finlandiya Körfəzi Adaları
Helsinki
Porkkala