Davam müharibəsi (fin jatkosota, rus. Война-продолжение) — İkinci dünya müharibəsi dövründə Şərq cəbhəsində 25 iyun 1941 – 19 sentyabr 1944-cü illəri əhatə edən müharibədir. Qış müharibəsinin davamı sayıldığı üçün belə adlandırılmışdır.
Davam müharibəsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsinin Şərq cəbhəsi | |||
| |||
Tarix | 25 iyun 1941-19 sentyabr 1944 | ||
Yeri | Finlandiya, Kareliya, Murmansk | ||
Səbəbi | Finlandiyanın Qış müharibəsində SSRİ-yə verdiyi əraziləri geri qaytarmaq istəyi | ||
Nəticəsi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Finlandiya, qış müharibəsində Sovet İttifaqına itirdiyi bölgələri geri almaq üçün Almaniyanın yanında idi. Davam müharibəsi Sovet İttifaqının 1944-cü ildəki böyük strateji hücumuna qədər mövqe qoruma müharibəsi olaraq davam etmişdir.
Sovetlər 30 noyabr 1939-cu ildə hücum etdilər. Sovetlər hər cəhətdən çox üstün idilər, lakin Finlandiya Silahlı Qüvvələri Karl Qustav Emil Mannerheymin komandanlığı ilə sovet düşərgələrinə iqlimin kamuflyajı ilə hücum edərək rusları geri çəkilməyə məcbur etdilər. Bundan əlavə İngiltərə və Fransa Finlandiyaya kömək edirdi.
İkinci hücumda Qırmızı Ordu artıq tam bir döyüş maşını idi. Finlandiyanın Almaniya tərəfini seçməsi İngiltərəni qarşısında görməsinə səbəb oldu. Barbarossa əməliyyatı uğursuz olduqdan sonra, Finlandiya kifayət qədər yardım ala bilmədi və Finlandiya Moskva Konqresi ilə geriyə çəkilmək məcburiyyətində qaldı. Beləliklə, Finlandiyanın yeraltı sərvətlərinin hamısı Sovetlərin əlinə keçdi.