Franşe dovşanalması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Franşe dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cotoneaster franchetii Bois

Franşe dovşanalması (lat. Cotoneaster franchetii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Qərbi Çindir.

Botaniki təsviri

Hündürlüyü 2 m olan və ildə təxminən 15 sm boy atan koldur. Yarpaqları qalın, 2-3 sm uzunluğunda, parlaqdır, aşağı hissədə sıx sarımtıl tükcüklərlə örtülmüşdür. İyulda çiçəkləyir. Meyvələri oktyabr ayında tam yetişir, çoxtoxumlu, yumurtavari formalı, narıncı-qırmızı rənglidir, uzunluğu 5-7 mm-dir. Mülayim keçən qışda giləmeyvələri kolların üzərində yaza qədər qalır.

Ekologiyası

İsti, günəşli yerlərdə yaxşı bitir. Kəskin keçən qışdə kök boğazına qədər donur.

Azərbaycanda yayılması

Abşeronda geniş şəkildə park və bağların salınmasında, şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir.

İstifadəsi

Bal verən bitkidir. Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir.

İstinadlar

Həmçinin bax