Fumelye

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Fumelye — siqarlar üzrə mütəxəssis, siqar somelyesi. Fumelye termini somelye və ispan sözü olan fumo (tütün çəkmək) sözlərinin birləşməsindən əmələ gəlib. Fumelyelər şərablarla yanaşı siqarlardan da yaxşı anlayışı olan restoran işçilərinə deyilir.

Tarixi

Fumelye termini Havana siqarlarının ingilis idxalçısı olan Hunter & Frankau şirkətinin işçisi Simon Çeyzin zarafatı nəticəsində ortaya çıxmışdır. Belə ki əvvəllər somelyelər yalnız şəraba görə məsuliyyət daşıyırdılar, lakin siqarların populyarlaşması onların səlahiyyətlərini də genişləndirdi.

Funksiyası

Fumelye müştəri üçün uyğun şərab və siqarı seçir, onu düzgün kəsir, həmçinin onun özəlliklərindən bəhs edir.

Həmçinin bax

Somelye

İstinadlar

Fumelye

Fumelye kimdir? Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine