Göyrəngli birəcik

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Göyrəngli birəcik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Triba:
Növ:
Göyrəngli birəcik
Beynəlxalq elmi adı
  • Phyllotreta nigripes

Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü.

Xarici quruluşu

Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir.[1]

Həyat tərzi

Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar.

Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər. Onların rüşeym inkişafının müddəti 3-11 gün davam edir. Puplaşma torpaqda başa çatır. Sürfələrin inkişafı 15-30 günə, pupun inkişafı 6-19 günə qədər davam edir.[1]

Yayılması

Azərbaycanda arealı və miqdarı məhduddur. Azərbaycanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şəki-Zaqatala və Abşeron zonalarında yayılmışdır.

İstinadlar

  1. 1 2 Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.

Həmçinin bax