Kələmkimilər

Kələmkimilər (lat. Brassicaceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Kələmkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kələmkimilər fəsiləsinin ən tanınmış nümayəndəsi kələmdir. Mədəni nümayəndələri ağbaş kələm, gül kələm, kolrabi kələmi, Brüssel kələmi, vəzəri, turp və s.-dir.

Yabanı nümayəndələri isə yabanı kələm, vəzərək, çöl xardalı, quduzotu, sarılıqotu, quşəppəyi və s.-dir.

Kələmkimilər fəsiləsinin 3 minə yaxın növü var. Əksrəriyyəti ot bitkisidir. Bəzilərində əsas köklər yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə üzərində növbəli düzülür. Çiçəkləri əksər hallarda sadə salxım çiçək qrupunda toplanır. Çiçəyin kasa yarpaqları və ləçəkləri 4 ədəddir. Ləçəkləri xaç şəklində düzülmüşdür. 6 ədəd erkəkciyin 4-ü uzun, 2-si qısadır. Ətirli və nektarlı çiçəkləri həşəratla tozlanır. Meyvəsi əksərən buynuzməyvə və ya buynuzcuqdur.