Gürcü kalliqrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gürcü skripti

Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli.

Tarix

Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər.[1][2][3]

Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.[4]

Qalereya

İstinadlar

  1. "ქართველ მხატვარ-კალიგრაფთა კავშირი". 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  2. ქართული კალიგრაფია Arxivləşdirilib fevral 12, 2012, at the Wayback Machine
  3. About Georgian calligraphy Arxivləşdirilib may 14, 2012, at the Wayback Machine
  4. Calligraphy fest in Tbilisi Arxivləşdirilib aprel 7, 2014, at the Wayback Machine