Gürcü kalliqrafiyası

Gürcü skripti

Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli.

Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər.[1][2][3]

Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.[4]

  1. "ქართველ მხატვარ-კალიგრაფთა კავშირი". 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  2. ქართული კალიგრაფია Arxiv surəti 12 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 12, 2012, at the Wayback Machine
  3. About Georgian calligraphy Arxiv surəti 14 may 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 14, 2012, at the Wayback Machine
  4. Calligraphy fest in Tbilisi Arxiv surəti 7 aprel 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib aprel 7, 2014, at the Wayback Machine