Gürcüstan rusları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gürcüstan rusları
gürcüstanın inzibati ərazi vahidləıri üzrə rus mili azlığının payı:
  > 5 %
;
  3-5 %
;
  2-3 %
;
  1-2 %
;
  0,5-1 %
;
  < 0,5 %
Ümumi sayı
26 453 (2014)[1]
Dili

Rus dili, Gürcü dili

Gürcüstan rusları — respublikanın tarixi etnik icmalarından biridir.

Gürcüstanın 2014-cü il siyahıya alınmasına görə respublikanın üçüncü böyük etnik azlığıdır. Çağdaş Rusiyadan kənarda MDB ölkələrindəki rus diasporlarından biridir. İqtisadi tənəzzül və etnik təmizlənmə 1990-cı illərin əvvəllərində rusların Gürcüstandan kütləvi şəkildə mühacirətinə səbəb olmuşdur. Bu öz növbəsində, ölkənin rus əhalisinin əhəmiyyətli dərəcədə qocalmasına və demoqrafik göstəricilərinin pisləşməsinə səbəb olur. Baxmayaraq ki, 2000-ci ildən sonra bir qədər sabitləşmə müşahidə olunmuşdur. Rusların ümumi əhali üzrə payı əhəmiyyətli dərəcədə azalıb: 1960-cı illərin əvvəllərindəki 10,1% -dən 2014-cü ildə 0,7% -ə enmişdir.

Yayılması

Çağdaş Gürcüstanın rus əhalisi tarixən şəhərlərdə, ilk növbədə Tiflisdə cəmləşmişdir. Baxmayaraq ki respublikada rus Molokan və Duxobor kəndləri var idi. Ruslar ən çox (bütün rusların demək olar ki, 1/2 hissəsi) ölkənin paytaxtı, Tiflis şəhərində yaşayır. Burada 1989-cu il siyahıyaalınmasına görə 1,7 milyon insandan ruslar əhalinin 10,0% -ni (124,825 min nəfər) təşkil edirdi. 2002-ci il siyahıyaalmasına görə isə əhalinin təxminən 3% (32,6 min nəfər) ruslardır. Rusların bir hissəsi Batumi (% 5,2) Poti (% 4,0) və Rustavi (% 3,1) şəhərlərində yaşayır. Əvvəllər rusların yaşadığı kənd yerlərində praktik olaraq heç bir rus qalmayıb (rus milli azlığını 1% -dən az). Respublikanın rus əhalisi ənənəvi olaraq pravoslavlığı qəbul edir, baxmayaraq ki ateistlərin sayı da az deyil.

Gürcüstanda rus əhalisinin say dinamikası
1926[2] 1939[3] 1959[4] 1970[5] 1979[6] 1989[7] 2002[8] 2014[9]
96 085 308 684 407 886 396 694 371 608 341 172 67 671 26 453

Tarixi

1841–1845-ci illərdə inzibati sərəncamla Duxoborlar Axalkalakinin cənubuna yerləşdirilirlər[10]. 19-cu əsrin sonları — 20-ci əsrin əvvəllərində nəşr olunan Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, Tiflis əhalisinin 4,4% -i və Kutaisi əyalətinin 0,53 % -ni ruslar təşkil edirdi. Tiflis qəzasında ruslar əhalinin 8,4 %-ni təşkil edirdi. Rus yaşayış yerlərinin əksəriyyəti təqaüdçü əsgərlərin gətirilməsi ilə meydana gəlirdi. Bundan əlavə 1886-cı ildə Qori qəzasında iki rus-osetin kəndi var idi. 1897-ci il əhalinin siyahıya alınmasına görə ruslar Tiflis əhalisinin 24,8% -ni təşkil edirdi[11].

Dil

Gürcüstan rusları əsaə rus dilində danışırlar. Rus dilindən başqa gürcü dilidə istifadə edilir.

İstinadlar

  1. "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
  2. "Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР". «Демоскоп». 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  3. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  4. "Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  5. "Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  6. "Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  7. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  8. Этнический состав Грузии по переписи 2002 года Arxivləşdirilib 2012-08-03 at the Wayback Machine (ing.)
  9. "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
  10. Институт этнологии и антропологии им. Н.Н. Миклухо-Маклая. "Кавказский этнографический сборник". www.history.az. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  11. "Тифлис". Брокгауз-Ефрон. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.