Geodinamika

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

GeodinamikaYerin təkamülü ilə əlaqədar olaraq onun daxilində və üst örtüklərində enerjinin paylanmasına səbəb olan qüvvə sahələrinin yaranma prosesləri haqqında elm. Geodinamika tədqiqatlarda Yer sisteminin istənilən daxili (nüvə, mantiya, litosfer) və xarici (hidrosfer, atmosfer, yerətrafı kosmik fəza) geosferləri, habelə hər hansı mühüm əlamətinə (biosfer, rift zonaları) və ya müxtəlif təbii proseslərə (hidrotermal sistemlər, tufanlar və b.) görə ayrılan dinamikası öyrənilə bilər. Geodinamika geofiziki, tektonik, petroloji və geokimyəvi tədqiqatlara əsaslanır. Geodinamika tədqiqatlarda litosfer plitələrin kinematikasının tədqiqinə xüsusi əhəmiyyət verilir. Xain, Ryabuxinə (1997) görə, geodinamika, litosferin dəyişilməsinə səbəb olan və onun quruluşunun təkamülünü müəyyən edən bütün dərinlik endogen prosesləri öyrənir.

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

]