Viktor Xain

Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı[1]24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür.[2]

Viktor Xain
Xain Viktor Yefimoviç
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Elm sahəsi geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı akademik
Təhsili ali
Üzvlüyü
Mükafatları "Şərəf" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
SSRİ Dövlət mükafatı Mikhail Lomonosov Award
victor-khain.wosco.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimyamədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir.

Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xain V.Y. Böyük tektonist-geoloqdur. Yer qabağının tektonik hərəkətlərinin və əsas struktur elementlərinin təsnifatını vermiş, geosinklinal proseslərin ümumi qanunauyğunluqlarını dəqiqləşdirmiş və yer qabığı təkamülünün əsas mərhələlərinin problemini tədqiq etmişdir. Nəzəri geotektonikanın əsas məsələlərini-geosinklinallar, platformalar, orogenlər, dərinlik yarıqları, litoloji formasiyalar, qırışıqların əmələgəlməsi haqqında nəzəriyyələr işləyib hazırlamışdır. İlk dəfə olaraq kontinentlərin və okeanların tektonik quruluşunu sistemləşdirmişdir. Neft-qaz hövzələri haqqında nəzəriyyənin banilərindəndir. Akvatoriyaların neft-qazlılığının qlobal qanunauyğunluğunu və potensial ehtiyatlarını tədqiq etmişdir. Yeni fərziyyə olan litosfer plitələrinin tektonikasının tərəfdarıdır və onun Qafqaza tətbiq edilməsi üzrə işlər aparmışdır.

Geniş diapozonda - ümumi geologiya problemləri, müqayisəli planetologiya, dərinlik geologiyası, tektonosferin təkamülü, ümumi geotektonikanın formasiyası təlimindən başlamış regional və neft geologiyası, kembriyəqədərin geologiyası, neotektonika, struktur geomorfologiya, paleocoğrafiya, geoloji biliklərin tarixi, geoloji əmələgəlmələr və s. problemləri əhatə edən 600-ə qədər elmi işi nəşr olunmuşdur. Elmin tarixi və metodologiyası sahəsində geotektonikanın tarixi və məşhur geoloqların elmi fəaliyyətləri kimi mühüm məsələlərə toxunmuşdur. "Ümumi geotektonika", "Regional tektonika", "Neft axtarışının geotektoniki əsasları" və s. kimi fundamental monoqrafiyaların müəllifidir. Asiyanın birinci beynəlxalq tektonik xəritəsinin redaktorudur. SSRİ-nin, Avropanın və dünyanın ixtisaslaşdırılmış atlas və xəritələrinin müəlliflərindəndir.

Böyük alimlər qrupu yetişdirmişdir. Rusiya Təbiiyyat Elmləri Akademiyasının fəxri üzvü, Paris Universitetinin fəxri doktoru, Avropa Akademiyasının fəxri akademiki, Avropanın bir sıra geoloji cəmiyyətlərinin fəxri üzvü seçilmişdir. 2004-cü ildə AMEA xarici üzv seçilmişdir. SSRİ və Rusiyanın Dövlət mükafatları laureatıdır. Xain V.E. Azərbaycan elmi tarixində "Vulkan püskürmələri paylanmasının məkan-zaman qanunauyğunluğu" kəşfinin ilk həmmüəlliflərindən biridir (Beynəlxalq diplom 239№li, 2003).

"Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunub. Geotektonika və paleocoğrafiya sahələrindəki şərəfli əməyinə görə A.P.Karpinski adına qızıl medalla təltif olunub (1991).

  1. Хаин Виктор Ефимович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Viktor Yefimoviç Xain". 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-17.
  3. "Xain Viktor Efimoviç (1914-2009)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]