Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina | |
---|---|
başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы | |
Doğum tarixi | 5 mart 1905 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 dekabr 1954 (49 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şairə |
Fəaliyyət illəri | 1926-cı ildən |
Əsərlərinin dili | Başqırd dili |
Vikianbarda əlaqəli mediafayllar |
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu.[1][2]
Həyatı
Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur.
1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır.
1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır.
Xatirəsi
Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
İstinadlar
- ↑ Hadiya Davletshina In Russian
- ↑ Юрий Узиков. "Давлетшина Хадия Лутфулловна. Жемчужина Башкортостана" (rus). biografii.ru. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
Xarici keçidlər
- 5 martda doğulanlar
- 1905-ci ildə doğulanlar
- Rusiya imperiyasında doğulanlar
- 5 dekabrda vəfat edənlər
- 1954-cü ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- RSFSR-də vəfat edənlər
- Başqırdıstan Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- SSRİ yazıçıları
- Başqırdlar
- Başqırd yazıçılar
- XX əsr Rusiya yazıçıları