Başqırdıstan Dövlət Universiteti

Başqırdıstan Dövlət Universiteti (rus. Башкирский государственный университет, başq. Башҡорт дәүләт университеты) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkəsinin ən aparıcı ali təhsil ocaqlarından biridir. Rektoru 2013-cü ildən Nikolay Morozkindir[1].

Başqırdıstan Dövlət Universiteti
БашГУ
Əsası qoyulub 1909
Tip Dövlət
Rektor Nikolay Morozkin
Tələbə sayı 33 724
Şəhər Ufa şəhəri
Ölkə
Sayt bashedu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ufa Müəllimlər İnstitutu

1909-cu ildə Ufa Müəllimlər İnstitutu adı ilə yaradılmışdır.

İndiki adını 1957-ci ildən daşıyır[2].

Tərkibindəki qurumlar

[redaktə | mənbəni redaktə et]

Universitetin bir sıra institut, fakültə və filialları var[3].

  • Sahibkarlıq və İdarəetmə İnstitutu
  • Hüquq İnstitutu
  • İqtisadiyyat, Maliyyə və Biznes İnstitutu
  • Davamlı Təhsil İnstitutu
  • Fizika-Texniki İnstitutu
  • Biologiya fakültəsi
  • Coğrafiya fakültəsi
  • Mühəndislik fakültəsi
  • Tarix fakültəsi
  • Başqırd filologiyası və jurnalistika fakültəsi
  • Riyaziyyat və informasiya texnologiyaları fakültəsi
  • Psixologiya fakültəsi
  • Roman-alman filologiyası fakültəsi
  • Fəlsəfə və sosiologiya fakültəsi
  • Filologiya fakültəsi
  • Kimya fakültəsi

Universitet Sterlitamak, Böre, Uçalı, SibayNeftekamskda filialları var.

  • Ümumi universitet kafedrası
  • Dövlət İdarəetməsinin Kiçik Akademiyası
  • Başqırdıstan Dövlət Universitetinin Kolleci

Hazırda Universitetdə bakalavr və magistr dərəcələri üzrə iki pilləli sistemə tədricən keçid uğurla həyata keçirilir ki, bu da məzunların yalnız Rusiya Federasiyasında deyil, xaricdə də işləməsinə imkan verəcəkdir.

Universitetin gənc alimləri beynəlxalq, federal və regional konfranslarda, simpoziumlarda və olimpiadalarda fəal iştirak edirlər.

Fizika-Texniki İnstitutunun yataqxanası

2016-cı ildə Rusiya klassik universitetlərinin sıralamasında 75-ci yeri tutmuşdur[4].

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Rusiya Klassik Universitetlər Assosiasiyasının təsisçilərindən biridir[5].

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]

Tanınmış müəllimlər

[redaktə | mənbəni redaktə et]

Sidyakin Alexander Gennadievich dövlət hüququ kafedrasının baş müəllimi idi.[7]

  1. Руководство. Педагогический (научно-педагогический) состав Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine. bashedu.ru  (rus.)
  2. BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  3. Институты и факультеты Arxivləşdirilib 2017-09-07 at the Wayback Machine.bashedu.ru 04.09.2017  (rus.)
  4. "Общий рейтинг выборки классических университетов". 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  5. "Адреса университетов-участников Ассоциации классических университетов России". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  6. Əli ŞAMİL. Türk Dünyası səmasından bir ulduz da axdı… Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine. 525.az və anl.az Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine 22.12.2016  (az.)
  7. "СИДЯКИН Александр Геннадьевич - биография, новости, фото, дата рождения, пресс-досье. Персоналии ГлобалМСК.ру. (globalmsk.ru)". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]