Birsk rayonu (başq. Бөрө районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Birsk rayonu | |||||
---|---|---|---|---|---|
Бөрө районы | |||||
|
|||||
55°25′00″ şm. e. 55°31′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Birsk | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1786,49[1] km² | ||||
Hündürlük | 183 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Birsk şəhəridir.
Rayonun ərazisi 1717 km²[3] təşkil edir. Rayon Ağidel çayının aşağı axarında yerləşir. Ərazisi elə də quru olmayan aqroiqlim, Şimal meşə çol zonasına daxildir. Birsk rayonunun Ağıdel çayı sahili hövzəsində meşə-çol zonası yayılmışdır. Bu bölgənin torpaq örtüyünün 25-57 % boz meşə torpaqlarıdır. Ərazinin karst məşhəlli ərazilərində palıd, cökə, ağcaqayın, fındıq, qarağac kimi ağalar geniş ərazini əhatə edir. Meşə kənarı, hündür çöl zonasında qara torpaq geniş yayılmışdır. Ağıdel çayının eni 10–20 km olan vadisi boyu ərazilər rayonun digər ərazilərindən fərqlənir. Çayın sağ sahili hündür, sol sahili isə hamar və düzəndir. Burada kolluqlar üstünlük təşkil edir. Hündür ərazilərdən meşə zonası başlayır. Çökək ərazilərdə göllər və bataqlıqlar üstünlük təşkil edir.
Birsk rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Rayonun əhalisi — 14 min nəfər təşkil edir. Rayon ərazisində hər km² əraziyə 32 nəfər düşür. Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Birsk rayonu ərazisin milli tərkibi: ruslar — 50,7 %, marilər — 20,5 %, tatarlar — 15,1 %, başqırdlar — 11,9 %, digər millər — 1,8 %[4].
Birsk rayonunda bir şəhər tərkibində 78 yaşayış məntəqəsi və 14 kənd
Birsk rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisinin 107,6 min ha. (63,2 %) kənd təsərrüfatının, bunun 69,7 min ha tarla, 17,3 min ha toxum tədarükü sahəsi, 20,2 min ha isə otlaq sahələrdir. Rayon taxılçılıq, ətlik-südlük maldarlıq, donuzçuluq, qoyunçuluq və kartofçuluq istiqamətində ixtisaslaşmışdır. Arıçılıq və balıqçılıq inkişaf etmişdir.
Tayon ərazisindən Ufa — Yanaul avtomagistralı keçir. Bu magistraldan Bajenovo — Mişkino — Karadiel yolu ayrılır
Rayon ərazisində 45 ümumtəhsil mərkəzi, 19 orta məktəb; 26 ümumi kitabxana və 38 klub, Ponomaryovski sanatoriyası, «Şamsuddin» və «Sosnovıy Bor» istirahət evləri vardır. Burada «Pobeda» siyasi-ictimai qəzet buraxılır. Bir çox ali təhsil mərkəzlərinin filiallarına sahibdir.