Həjar Şamiloğlu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həjar Şamiloğlu
Doğum tarixi 16 iyul 1966(1966-07-16) (57 yaş)
Doğum yeri
Atası Şamil Əsgərov
Fəaliyyəti yazıçı, şair, jurnalist

Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli RusiyaQırğızıstan yazıçısı, şairi və jurnalisti.

Həyatı

Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycantürk dillərində çoxlu kitablar yazmışdır.[1]

Həjar Şamiloğlu iddialara görə PKK-ya qoşulmuşdur.[2][3] Buna baxmayaraq, o, heç vaxt hansısa bir kürd partiyasının üzvü olmadığını qeyd etmişdir.[4] Onun "Qızıl Kürdüstan"ın bərpa edilməsini dəstəklədiyi də iddia olunmuşdur.[5] O, bütün kürd təşkilatları ilə davalı olduğunu demişdir. Şamiloğlu hal-hazırda Bişkekdə yaşayır.[3] O, Rusiya vətəndaşıdır.[4]

Əsərləri

Kitabları

  • Şerê eqilan (İraq, 2000).
  • Di pêşiya de sê xal (İraq, 2001).
  • Rêya ewlekariyê (İraq, 2000, bi hevbeşî hatiye nivisandin).
  • Diaspora Kurda (İstanbul, Pêrî, 2005).
  • Gulnar û Ocalan (İstanbul, Pêrî, 2005).
  • Knyazê Îbrahim (İstanbul, Pêrî, 2007).
  • Jiyan di rêya welatparêziyê de (Qırğızıstan, 2007).
  • Diaspora Kurdên YKS (Qırğızıstan, 2007).
  • Tenê me (Qırğızıstan, 2007).

Tərcümələri

  • Kurdên Azerbaycanê (Stembol, Pêrî, 2007).
  • Kurdistana Sor.
  • Şerefname, wek çavkaniya dîroka kurdan.

İstinadlar

  1. "Li Sovyetistanê Yekemîn Weşanxaneya Kurdî Zengezûr - Salihê Kevirbirî". Kurdistan-post.eu (kürd). 24 noyabr 2013. 9 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  2. "HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYiLƏM". Ədalət (az.). 27 avqust 2009. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  3. 1 2 Balabəyli, Faiq. "PKK-ya qoşulan azərbaycanlı şair "Axar.az"a danışır". Axar.az (az.). 11 noyabr 2013. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  4. 1 2 Balabəyli, Tural. ""Bütün kürd partiyaları ilə əlaqəm var, amma..."". Virtual Azərbaycan (az.). 27 avqust 2013. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  5. Həmid, Səxavət. "Qarabağın işğalını, kürd separatizmini dəstəkləyən "Sarı Xoca" kimdir?". Teleqraf.com (az.). 4 dekabr 2017. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.