Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300[1] ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir.[2]
İraq Kürdüstanı | |||||
---|---|---|---|---|---|
Herêma Kurdistan | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ərbil | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Neçirvan Bərzani | ||||
Baş Nazir | Məsrur Bərzani | ||||
Sahəsi | |||||
• Ümumi | 41220 km² km² | ||||
• Əhali |
|
||||
Valyuta | İraq dinarı | ||||
Telefon kodu | +964 | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Kürdlər |
---|
Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür.[3] Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır.[4] Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı.
1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi.[5] 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır. Birinci üsyan 22 may 1919-cu il tarixində Süleymaniyyə şəhərində iki ingilis səlahiyyətlisinin həbs edilməsi ilə başlamış, daha sonra isə Mosul və Ərbil şəhərlərinə qədər yayılmışdır, ancaq bir müddət sonra yatırılmışdır.[6]
Kürd silahlı dəstələrinin məğlubiyyətindən sonra Mahmud Bərzənci Hindistana sürgün edilmişdir.[7] 1920-ci ilin iyul ayında 62 tayfa başçısı Kürdüstanın müstəqilliyini tələb edirlər. 1922-ci ildə Birləşmiş Krallıq Mosul və Kərkük şəhərlərinə iddia irəli sürən Türkiyəyə qarşı bufer olması ümidilə Şeyx Mahmuda səlahiyyət verir. Buna baxmayaraq, ingilislərə itaət etməyən Şeyx Mahmud 1922-ci ildə Kürdüstan krallığının müstəqilliyini və özünün bu dövlətin kralı olduğunu bəyan edir.[8] İki il davam edən böhranda ingilislər kürdləri özlərindən asılı vəziyyətə sala bilirlər.[9]
Buna baxmayaraq, İraqın 1930-cü ildə Millətlər Liqasına qəbul edilməsi bəyan edildikdən sonra Şeyx Mahmud üçüncü bir üsyan qaldırmış, ancaq Birləşmiş Krallığın quru və hava qüvvələri onu yenə məğlub etmişdir.[10][11]
1927-ci ildə Barzani tayfası İraq kürdlərinin hüquqlarının ən böyük dəstəkçilərindən biri olmuşdu. 1929-cu ildə Barzani İraqın şimalında kürd vilayətinin təsis olunmasını tələb etmişdir. Bu tələblər ilə ruhlanmış kürdlər 1931-ci ildə Millətlər Liqasına müraciət etdilər ki, müstəqil bir kürd hökuməti yaradılsın. Həmin ilin axırlarında Əhməd Barzani İraqa qarşı üsyan qaldırmış, bir neçə ay sonra məğlub edilsə də, başlatdığı hərəkat kürdlərin müstəqillik uğrundakı növbəti dövrlərdəki mübarizələrində böyük rol oynamışdır. İkinci Dünya müharibəsi zamanı İraq hakimiyyətində boşluqlar yaranmış, Mustafa Barzani öndərliyindəki kürd tayfaları bundan istifadə edərək üsyan qaldırmışdılar. Onlar İraq Kürdüstanını 1945-ci ilə qədər idarə etsələr də, iraqlılar kürdləri yenidən özlərindən asılı vəziyyətə sala bilmişdilər. Mustafa Barzani İrana sürgün edilir və 1946-cı ildə Məhabad Cümhuriyyətinin süquta uğramasından sonra SSRİ-yə köçür.[12][13]
1958-ci ildə Əbdülkərim Qasımın gerçəkləşdirdiyi hərbi çevrilişdən sonra Mustafa Barzani İraqa dəvət edilir və o, yerli xalq tərəfindən çox yaxşı qarşılanır. Qasım ilə Barzani arasındakı razılaşmanın bir parçası olaraq, Qasım kürdlərə regional muxtariyyət vəd edir, qarşılığında Barzaninin siyasi dəstəyini istəyir. Buna əlavə olaraq, Barzani 1959–1960-cı illər Kürdüstan Demokratik Partiyasının (KDP) sədri olur.[14] Qasım ilə Barzani arasındakı razılaşmadan iki il keçməsinə baxmayaraq, Qasım öz vədlərini gerçəkləşdirmirdi. Buna görə də KDP regional muxtariyyət uğrunda təşviqat aparır.[15] Bundan sonra gerçəkləşən hadisələr Birinci İraq–Kürdüstan müharibəsi adlanır ki, bu, 1970-ci ilə qədər davam etmişdir.[16] Üsyan 1960-cı illərdə qızğın, uzun bir müharibəyə çevrilir. Müharibə 1970-ci ildə çıxılmaz vəziyyətdə idi, İraq qüvvələri kürd üsyanını yatıra bilmirdi.[17][18] Bu vaxta qədər 75.000–105.000 insan həlak olmuşdu.[19][20] İraq mərkəzi hökuməti ilə Kürdüstan regional hökuməti arasında aparılan danışıqlar 1970-ci ildə İraq–Kürdüstan muxtariyyət sazişinin imzalanması ilə nəticələnmişdir.[21]
ABŞ 1973-cü ildə İran şahı ilə gizli bir saziş imzalamışdır. Bu razılaşmaya görə, SAVAK təşkilatı MKİ və Mossad ilə əməkdaşlıq edərək kürd üsyançıları Bağdada qarşı məxvi şəkildə maliyyələşdirəcəkdi.[22] 1974-cü ildə İraq hökuməti kürdlərə qarşı bir hücum əməliyyatı gerçəkləşdirir. İkinci İraq–Kürdüstan müharibəsi adlanan bu əməliyyatda İraq Silahlı Qüvvələri kürd üsyançıları ölkənin İran ilə olan sərhədə qədər qovur.[23] İraq hökuməti Tehrana məlumat verir ki, əgər İran kürdləri dəstəkləməkdən imtina etsə, İraq İranın digər tələblərini ödəməyə razıdır. Əlcəzair Prezidenti Huari Bumedyenin vasitəçiliyi ilə 1975-ci ildə İraq və İran müqavilə imzalamışdır,[24] hansı ki, kürdləri yardımsız vəziyyətə salır və Tehranın kürd hərəkatına verdiyi dəstəyi kəsir. Barzani tərəfkeşlərinin çoxusu ilə İrana qaçır. Digər üsyançılar kütləvi şəkildə təslim olurlar və üsyan bir neçə gün sonra tamamilə yatırılır.[25]
Nəticədə, İraq hökuməti ölkənin şimal ərazilərindəki hakimiyyətini gücləndirir və İraq Kürdüstanındakı neft yataqlarına yaxın məntəqələrə, xüsusən də Kərkük şəhərinə ərəbləri köçürərək ərəbləşdirmə proqramına start verir.[26] İraqdakı BƏƏS hökuməti ölkənin şimalında yaşayan etnik azlıqları – kürdləri, yezidiləri, aysorları, şəbəkları, türkmanları və ermənilər]]i məcburi köçkünə çevirdi və mədəni baxımdan ərəbləşdirdi. Səddam Hüseyn öndərliyindəki BƏƏS partiyası 1970-ci illərin ortalarından etnik azlıqları sürgün etmişdir.[27] Kürdlərə qarşı aparılan repressiya hökumət ilə kürd partizan döyüşçüləri arasındakı münaqişəni daha da qızışdırdı. Proqram 1970-ci illərin axırlarında kulminasiya nöqtəsinə çatmışdır. 1978–1979-cu illərdə 600-ə yaxın kürd kəndi yandırılmış, təqribən 200.000 kürd məcburi köçkün olmuşdur.[28] 1960-cı illərdən 2000-ci illərə qədər aparılan bu müstəmləkəçi siyasətin məqsədi Şimali İraqın demoqrafiyasında ərəb dominantlığı əldə etmək idi. BƏƏS partiyasının bu siyasətinə bəzən "daxili müstəmləkəçilik" də deyilir.[29][30]
İraq hökuməti İran–İraq müharibəsi zamanı yenə antikürd siyasət yürütmüşdür. Buna görə də ölkədə de-fakto vətəndaş müharibəsi gerçəkləşmişdir. İraq beynəlxalq cəmiyyət tərəfindən sərt şəkildə qınanmış, lakin kürdlərə qarşı kimyəvi silahlardan istifadə kimi repressiv, zalım əməllərinə görə heç vaxt ciddi şəkildə cəzalandırılmamışdır. Hələbcə şəhərinə zəhərli qaz hücumunda minlərlə insan həlak olmuşdur.[31] Əl-Ənfal əməliyyatı İraq kürdlərinin sistematik şəkildə soyqırıma uğramasından ibarət idi.[32][33] Layihənin birinci hissəsi 1982-ci ildə həyata keçirilmiş və 5.000–8.000 Barzani kürdünün oğurlanması ilə nəticələnmişdir.[34] Layihənin ikinci, daha ekstensiv və geniş hissəsi 29 mart 1987-ci ildən 13 aprel 1989-cu ilə qədər davam etmiş, Səddam Hüseyn və Əli Həsən əl-Məcid öndərliyindəki İraq ordusunun kürdlərə qarşı soyqırım siyasəti yürütməsinə görə gerçəkləşmiş, insan hüquqları pozuntuları – kimvəyi silahlardan istifadə,[35] 2.000-ə yaxın kəndin məhv edilməsi və ən azı 50.000 kürd kəndlisinin öldürülməsi ilə səciyyələndirilirdi. Əlavə olaraq, 70.000 nəfərin yaşadığı Qalat-Dizə şəhəri tamamilə məhv edilmişdir. Əməliyyat zamanı Kərkük şəhəri ərəbləşdirilmiş, zəngin neft yataqlarına malik şəhərdə yaşayan kürdlər oradan qovulmuşdur.[36]
1970-ci ildə vilayətə muxtariyyət verilsə də İraq Kürdüstanının yerli əhalisi müəyyən bir demokratik azadlıq yaşaya bilməmişdir. Buna baxmayaraq, 1991-ci ildə Səddam Hüseynə qarşı qaldırılmış üsyan və Birinci Körfəz müharibəsinin nəticələnməsindən sonra vəziyyət dəyişməyə başladı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 688 nömrəli qətnaməsi 1.500.000 kürd qaçqını[37] ilə bağlı yaranmış beynəlxalq narahata görə, yerli əhaliyə sığınacaq yaratmışdır. ABŞ və koalisiya İraqın şimal və cənub hissələrində uçuşsuz zona yaratdı, ancaq bu, Süleymaniyyə və Kərkük kimi kürd əhaliyə malik şəhərlərə aid deyildi.[38] İraq və kürd qüvvələri arasında qanlı döyüşlər gerçəkləşir, hansı ki, 25.000–180.000 kürdüstanlının ölümü ilə nəticələnir.[39][40] Axırda, İraq hökuməti 1991-ci ilin oktyabr ayında İraq Kürdüstanının de-fakto müstəqil şəkildə fəaliyyət göstərilməsinə icazə verildikdən sonra İraq qoşunları vilayətdən tamamilə çəkilmişdir.[41]
İyun 2014-cü ildə İraq və Şam İslam Dövləti "nin Mosul 'a hücum etməsiylə bağlı olaraq Regional Kürd rəhbərliyi də döyüşə girmişdir [42].
On December 1, 1918, Sir Arnold Wilson, the acting civil commissioner of Iraq, came to Suleymaniyya and met with sixty tribal leaders and shaykhs