Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti.
Həjar Şamiloğlu | |
---|---|
Doğum tarixi | 16 iyul 1966 (58 yaş) |
Doğum yeri | |
Atası | Şamil Əsgərov |
Fəaliyyəti | yazıçı, şair, jurnalist |
Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.[1]
Həjar Şamiloğlu iddialara görə PKK-ya qoşulmuşdur.[2][3] Buna baxmayaraq, o, heç vaxt hansısa bir kürd partiyasının üzvü olmadığını qeyd etmişdir.[4] Onun "Qızıl Kürdüstan"ın bərpa edilməsini dəstəklədiyi də iddia olunmuşdur.[5] O, bütün kürd təşkilatları ilə davalı olduğunu demişdir. Şamiloğlu hal-hazırda Bişkekdə yaşayır.[3] O, Rusiya vətəndaşıdır.[4]