Həmədan şəhristanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həmədan şəhristanı
شهرستان همدان
34°56′ şm. e. 48°56′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 676.105 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Həmədan şəhristanı xəritədə
Həmədan şəhristanı
Həmədan şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmədan şəhristanı (fars. شهرستان همدان‎) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, MəryanəcQəhavənd şəhərləri də daxildir.

Ərazi

Həmədan ostanının şəhristanları

2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi.[2] Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur.[3] Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir.

Əhali

Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183[4] nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a. əsasən əhalisi 585,642 nəfər olmuşdur.

Bəxşlərdə

  • Mərkəzi bəxşi
  • Əhali: 560,133 nəfər (2006 s.a.)
    • şəhər əhalisi: 491,442 nəfər (2006 s.a.)
    • kənd əhalisi: 68,691 nəfər (2006 s.a.)
  • Şara bəxşi
  • Əhali: 25,509 nəfər (2006 s.a.)
    • şəhər əhalisi: 2,407 nəfər (2006 s.a.)
    • kənd əhalisi: 23,102 nəfər (2006 s.a.)
  • Qeyd: Şəhristanın bəxşlərinin kənd əhalisi müvafiq bəxşlərin dehistanlarını əmələ gətirən kəndlərdə yaşayırlar.

Şəhərlərdə

  • Mərkəzi bəxşində:
    • Həmədan şəhəri
    • Əhalisi:
      • 1996 s.a. əsasən 401,281[5] nəfər
      • 2006 s.a. əsasən 473,149[5] nəfər
    • Məryanəc şəhəri
    • Əhalisi:
      • 2006 s.a. əsasən 9,442[5] nəfər
    • Curəqan şəhəri
    • Əhalisi:
      • 2006 s.a. əsasən 8,851[5] nəfər
  • Şara bəxşində:
    • Qəhavənd şəhəri
    • Əhalisi:
      • 2006 s.a. əsasən 2,407[5] nəfər

Milli tərkib

Şəhristan əhalisi 92%-i farslardan və Azərbaycan türklərindən[6], 8%-i isə lurlardan (ləklər də daxil olmaqla), kürdlərdən və yəhudilərdən[7] ibarətdir.[8]

Həmədan şəhristanının inzibati bölgüsü

  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Həmədan; digər şəhərləri: Curəqan / Cuzqan, Məryanəc
    • DEHİSTANLARI:
      • Abaru dehistanı
        • KƏNDLƏRİ: Abaru, Çəşin, Çeşməməlik, Xaku, Silvar, Simin-i Abaru
      • Əlvəndkuh-i Qərbi dehistanı
      • Əlvəndkuh-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Əliabad-i Vərkanə, Ərzanfud, Sədd-i Ekbatan, Şəmsabad, Təfrican, Tikmədaş, Vərkanə, Yalfan
      • Günbəd dehistanı
        • KƏNDLƏRİ: Abhindu, Ağtəpə, Barabənd, Günbəd, Hacıabad, Heyran, Kürkəhriz, Məruf, Nişar, Qulukəndi, Rəhimabad, Sərdərə, Siyahkəmər
      • Hegmətanə dehistanı
      • Səngistan dehistanı
        • KƏNDLƏRİ: Abşinə, Ağca-i Seyidan, Ağdaş, Ərəbli, Bağça, Dehdəliyan, Dingələkəhriz, Gürgəz, İvək, Küncinə / Gəncinə, Kürdbulaq, Məhbar, Mərtəbulaq / Şahbulaq, Pəhnabad, Pulşikəstə, Səbzabad, Səngistan, Şəvərin, Şirabad, Surxabad, Yeganə, Ziya-ül Din (Ziyaəddin)
  • Şara bəxşi
  • İnzibati mərkəzi: Qəhavənd
    • DEHİSTANLARI:
      • Çahdəşt dehistanı
        • KƏNDLƏRİ: Böyükabad, Büzinəcird, Hacımaqsud, Həməkəsi, Həsənabad, İdahlı, Miləcird, Novdeh, Qıpçaq, Qırxlar, Səmavək, Yəsərli
      • Ceyhundəşt dehistanı
        • KƏNDLƏRİ: Əhmədabad, Əliabad-i Kürd, Ağdərə, Bərəkətabad, Boyaqçı, Dəştə, Dizac, İmamzadə Pir Nahan, Günbədçay (Gümbəzçay), Hizac, Ceyhunabad, Rəzac, Şirinabad, Tahunabad, Yeklə
      • Şordəşt dehistanı
        • KƏNDLƏRİ: Abanbar, Əbdülrəhim, Əhmədabad-i Təpə (Əhmədabadtəpə), Dövlətabad, Firuzabad, Xeyrabad, Xomacin, Kövzarə, Mühacirabad, Müslümabad, Qışlaq-i Ülya, Qışlaq-i Süfla, Qozluca, Rahcird, Vərkeş

İstinadlar

  1. نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
  2. Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان همدان Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine
  3. Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان فامنین Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine
  4. World Gazetteer :"Hamadān type and level of administrative division". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  5. 1 2 3 4 5 World Gazetteer :"Hamadān: largest cities and towns and statistics of their population". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-05.
  6. 1 2 3 Unrepresented Nations and Peoples Organization (UNPO) :Southern Azerbaijan Arxivləşdirilib 2013-07-26 at the Wayback Machine
  7. BestİranTravel.com :HAMADAN Arxivləşdirilib 2012-09-01 at the Wayback Machine
  8. Road Maintenance & Transportation Organization of İslamic Republic of İran (RMTO): Provincial Transportation and Terminals Department of Hamedan :Preface Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine

Həmçinin bax