Ostan (fars. استان) — İranda birinci dərəcəli ərazi-inzibati vahidin adı. Ölkədə 31 ostan mövcuddur, onların hər biri adətən yerli mərkəz olan ən böyük şəhərdən idarə olunur. Ostan hökumətinə ostandar (استاندار Ostāndār) rəhbərlik edir[1], hansı ki Nazirlər Kabinetinin razılığı ilə daxili işlər naziri tərəfindən təyin olunur.
İranın müasir ərazisi 1857-ci ildə imzalanan Paris müqaviləsinə əsasən təyin olunmuşdur. 1906-cı ildən 1950-ci ilə qədər İran on iki ostanlara bölünmüşdür: Ərdalan, Azərbaycan, Bəlucistan, Fars, Gilan, Əcəm İraqı, Xorasan, Xuzistan, Kirman, Larestan, Lorestan və Mazandaran.[2]
1950-ci ildə islahatlar nəticəsində ostan sayı 10-a düşdü: Gilan; Mazandaran; Şərqi Azərbaycan; Qərbi Azərbaycan; Kirmanşah; Xuzistan; Fars; Kirman; Xorasan; Isfahan.[2]